
Hikmət Hacıyevin İran səfəri iki ölkə arasındakı problemlərin həllinə yardım göstərəcək -ŞƏRH
11:24 19.05.2025
Region
426
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tehran Dialoq Forumunda çıxışı zamanı Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın davam etdirilməsinin və gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Avrasiya regionunda formalaşan yeni əməkdaşlıq modellərindən, 3+3 formatının əhəmiyyətindən və regional təşkilatların – o cümlədən İƏT-in rolundan danışıb. Hacıyev qeyd edib ki, Azərbaycan islam həmrəyliyinə önəm verir və İranla bu çərçivədə əməkdaşlıq edir. Prezidentin köməkçisi, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin və digər beynəlxalq infrastruktur layihələrinin əhəmiyyətinə toxunaraq, region ölkələrinin öz təhlükəsizlik arxitekturasını qurmasının vacibliyini bildirib. O, Fələstin məsələsində də Azərbaycanın beynəlxalq hüquqa və iki dövlət prinsipinə əsaslanan mövqeyini bir daha bəyan edib. Ermənistanla münasibətlərə gəlincə, Hacıyev Azərbaycanın regionda yeni reallıq yaratdığını, sülh üçün şəraitin mövcud olduğunu və Ermənistan Konstitusiyasında ərazi iddialarının çıxarılmasının vacibliyini qeyd edib.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan Sherg.az-a vurğulayıb ki, Azərbaycanla İran arasında müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlıqlar mövcuddur:

“Amma Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq onları qane etmir. Bunu da tərəflər rəsmi şəkildə etiraf ediblər. Münasibətlərin və mövcud imkanlardan yüksək səviyyədə istifadə edilməməsinin əsas səbəbkarı İrandır. İran özünə qarşı Azərbaycanda etimad yaratmayıb. Bu etimadın və etibarın yaramaması da müxtəlif iqtisadi layihələrinin reallaşmasına problem yaradıb. Xüsusilə də Ermənistanın müharibə zamanı İran tərəfindən dəstəklənməsi və sonraki dövrdə onlardan Azərbaycana qarşı istifadə olunması münasibətləri korlayıb. Eyni zamanda İran tərəfindən Azərbaycandan keçməsi nəzərdə tutulan tranzit yollarına alternativin Ermənistandan keçməsi təklifi rəsmi İrəvanın silahlanmasında onların rol oynaması iki ölkə arasında etimad mühitini əngəlləyib. Hikmət Hacıyevin Tehran Dialoq Forumunda iştirakı iki ölkə arasındakı münasibətlərin normallaşmasına yardım edə bilər. Hesab edirəm ki, Hikmət Hacıyevin İrana səfəri və rəsmi şəxslərlə keçirdiyi görüşlər iki ölkə arasındakı problemlərin həllinə də yardım göstərər”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə