İranda müharibə hazırlığı başladı – S-300-lər bölgədə yerləşdirildi
Yusif Nəzərli
05:35 02.06.2025
Region
376
Tehran Vaşinqtonla danışıqların iflasa uğraması ehtimalı fonunda İsrail və ABŞ-nin İranın nüvə infrastrukturuna mümkün zərbələrinə qarşı hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Britaniya nəşri xatırladıb ki, İranın ən qabaqcıl yer-hava tipli raketləri və radar sistemlərinin bir çoxu, o cümlədən S-300 sistemi keçən ilin oktyabr-aprel aylarında İsrailin hava hücumları nəticəsində tamamilə məhv edilib və ya qismən zədələnib.
Mənbə İranın son onilliklər ərzində hava hücumlarına qarşı ən zəif durumda olduğunu güman edir.
Həmçinin ekspertlər “Financial Times”a bildiriblər ki, İranın hava hücumundan müdafiə sisteminin bir çox komponentləri toxunulmaz olaraq qalır və ya son aylarda təmir olunub.
Qərb kəşfiyyatının hesabatları və hərbi analitiklər tərəfindən nəzərdən keçirilən peyk fotoları göstərir ki, İran bu yaxınlarda S-300-lər də daxil olmaqla bir neçə yerdən raket buraxılış sistemlərini Natanz və Fordo kimi əsas nüvə obyektlərinin yaxınlığında yenidən yerləşdirib.
Ətraflı
Vaşinqtondakı Karneci Fondundan Nikol Qrayevski nəşrə deyib: “İran qabaqcıl hava hücumundan müdafiə vasitələrinin (İsrailin hücumlarında) məhv edildiyi barədə iddialara qarşı çıxmaq istəyir”.
Bir neçə gün əvvəl İran Ordusunun Baş Qərargah rəisi Məhəmməd Baqiri Tehranın potensial hücuma hazırlığını yüksək qiymətləndirib: “İranın düşmənləri dərk etməlidirlər ki, ölkəmizin hava məkanına müdaxilə onlara ciddi ziyan vuracaq”.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl dəfələrlə danışıqların iflasa uğrayacağı təqdirdə İrana hücum edəcəyi ilə hədələyib. Tramp Tehrandan nüvə silahı əldə etməsinin qarşısını almaq üçün zəruri hesab etdiyi uranın zənginləşdirilməsini dayandırmağı tələb edir, İran isə bunu rədd edir.
Baş verənlərə paralel olaraq, İsrail İrana qarşı zərbələri dəstəkləməsi üçün ABŞ-yə təzyiq edir. Ekspertlər Trampın Tehranla razılaşdığını hiss edərsə, İsrailin Vaşinqtonun icazəsi olmadan hücuma keçmə riskinin olduğunu bildirirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm