İrandan dəhlizlə bağlı yeni təklif: Ermənistan kənarda qalır, Azərbaycan isə...
Yusif Nəzərli
05:53 06.05.2025
Region
391
İran Azərbaycan vasitəsilə Gürcüstanla quru əlaqəsi yaratmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Erməni nəşri bildirir ki, bu halda Ermənistan növbəti dəfə Cənubi Qafqazda reallaşacaq beynəlxalq nəqliyyat dəhlizi layihəsindən kənarda qalacaq:
“İranın yol və şəhərsalma nazirinin müşaviri Amin Taraffo Tehranın İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif etdiyini açıqlayıb. İran Qara dəniz limanlarına çıxış üçün Ermənistana paralel Gürcüstana alternativ yola sahib olmaq istəyir. İran-Azərbaycan dəmir yolu gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu və mövcud Bakı-Batumi, Bakı-Poti magistralları və digər logistik xətlərlə birləşdirilə bilər.
Hazırda İran və Azərbaycan Şimal-Cənub dəhlizini canlandırır. Azərbaycan ərazisi vasitəsilə Rusiyanı İrana və Fars körfəzindəki İran limanlarına birləşdirəcək dəmir yolu tikilir. Azərbaycan da öz növbəsində Sünikdən (Qərbi Zəngəzur) yan keçərək, İran ərazisindən Naxçıvan Muxtar Respublikasına çıxış əldə edir.
İran Gürcüstana çatmaq üçün Azərbaycanın logistik şəbəkəsindən istifadə etmək niyyətindədir. Gürcüstan da İranla əlaqələrin dərinləşməsində maraqlıdır və bu halda Azərbaycan yenidən tranzit dəhlizinə çevrilir, bu dəfə İran və Gürcüstan üçün. Ermənistan növbəti də logistika layihələrindən kənarda qalır”.
Nəşr əlavə edir ki, Azərbaycanın Qərb, Şərq, Rusiya və İran üçün geosiyasi və geoiqtisadi əhəmiyyəti hiss olunacaq dərəcədə artır və çoxsaylı ölkələr üçün tranzit dəhlizinə çevrilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol