
İranın Zəngəzur xofu: Tehran Bakı və Ankaranın birləşməsini istəmir
13:37 13.01.2025
Region
536
"İran Ermənistanla Azərbaycan arasında 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarından biri olan Zəngəzur dəhlizinin açılmasına mane olmaq üçün var gücü ilə çalışır".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elmir Səftərov söyləyib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi dövründə regiondakı dəyişiklikləri qəbullana bilməyən İran savaş yekunlaşdıqdan sonra da düşünür ki, Zəngəzur dəhlizi açılarsa, Azərbaycan və Türkiyə iqtisadi baxımdan böyük fayda əldə edəcək. Bu da İranın regionda hər iki ölkəyə təsir rıçaqlarını zəiflədəcək:

"İran hələ də Azərbaycan və Türkiyənin ərazisindən tranzit dəhlizi kimi istifadə edir. Tehran, həmçinin dəhlizin Ermənistanla qurudan birbaşa əlaqəsinin kəsilə biləcəyindən narahatdır. Halbuki, Zəngəzur dəhlizi regional kommunikasiyaların və nəqliyyat yollarının açılmasını özündə ehtiva edir, hər hansı bloklanma məsələsi isə reallığı əks etdirmir.
Əsl həqiqət isə ondan ibarətdir ki, İran Yaxın Şərqdə olduğu kimi Türkiyənin regional və qlobal təsirinin artmasını, eyni zamanda, Bakı və Ankaranın birləşməsini istəmir. Bunu həm özü, həm də müttəfiqləri ilə gizli ortaq maraqları kontekstində həyata keçirir".
Siyasi şərhçi əlavə edib ki, İranın qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişikliyi özü üçün qırmızı xətti adlandırmasına baxmayaraq, Tehran nəinki Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünə narazılıq ifadə etmədi, hətta İrəvanla genişmiqyaslı əməkdaşlığı genişləndirdi:
"Dəhliz açılacağı təqdirdə NATO-nun bölgədə mövcudluğu üçün zəmin hazırlanacağı, həmçinin Cənubi Qafqazda İranın “düşmənləri”nin olacağı da reallıqları təhrif etməkdən başqa bir şey deyil. Bəllidir ki, Azərbaycan səmimi və bərabərhüquqlu bütün əməkdaşlığın tərəfdarıdır. Heç bir hərbi bloka qoşulmayan, balanslı siyasət yürüdən ölkəmiz qonşularının ərazi bütövlüyünə və suverenliyinə hörmət edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət