
Moskva regionda yenidən aktivləşib: Rusiya sülh danışıqlarına müdaxilə etməkdə maraqlıdır
12:46 19.05.2025
Region
575
Son vaxtlar Azərbaycan və Ermənistan arasında sülh danışıqları daha da intensivləşib. Bu danışıqlar bölgədə uzunmüddətli sülh və sabitlik üçün vacibdir. Lakin bölgədə marağı olan böyük dövlətlər, xüsusilə Rusiya bu prosesə təsir göstərməyə çalışır.
Bu kontekstdə Rusiya xarici işlər naziri Sergey Lavrovun mayın 21-də Ermənistana edəcəyi rəsmi səfəri diqqət çəkib. Səfər zamanı sülh danışıqlarından da söhbət açılması da gözlənilən haldır. Ermənistan-Azərbaycan arasında sülhə zərər verə biləcək xarici müdaxilələrə isə yol verməməlidir. Ermənistanın müstəqil qərarlar qəbul etməsi və sülh prosesinə sadiq qalması bölgənin gələcəyi üçün önəmlidir. Azərbaycanın mövqeyi isə aydındır-məqsəd sabitlik, təhlükəsizlik və davamlı sülhdür.
Sherg.az-a açıqlama verən politoloq Tural İrfan Rusiyanın sülh danışıqlarına müdaxilə etməsində maraqlı olduğunu söyləyib:

"Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının effekt verdiyi bir dönəmdə Rusiyanın Ermənistanı özünə tərəf çəkmək cəhdləri müşahidə olunur. Nikol Paşinyanın Moskvaya səfəri və hazırda da Lavrovun İrəvana səfərinin nəzərdə tutulması bu münasibətlərin inkişafına hesablanıb. Təbii ki, Ermənistan uzun müddət Rusiyanın təsir dairəsindən kənar addım atmayıb, hazırki baş nazirin dövründə isə Qərbə meylli siyasət aparılıb. Rusiya Ermənistanda hakimiyyəti dəyişib eks prezidentləri hakimiyyətə qaytarmaq cəhdləri etsə də bu baş tutmadı. Müxtəlif aksiyalar, təzyiqlər edilsə də Paşinyanı uzaqlaşdırmaq mümkün olmadı. Bundan sonra Rusiya reallığı qəbullanaraq hazırki erməni hakimiyyəti ilə münasib davranmağa başladı. Təbii ki, regionda gedən proseslərlərdən Rusiya kənarda qalmaq istəmir və baş tutacaq sülh prosesinə yaxından müdaxilə etmək istəyir. Amma hansı formada müdaxilə etmək istədiyini hələ söyləmək tezdir. Təyyarəmizin vurulmasından sonra Rusiya ilə münasibətlərin bir qədər sərinləşməsini fürsət bilən Ermənistan da Rusiyaya meyl göstərdi. Həmçinin Rusiya-Ukrayna müharibəsində özünə üstün obraz yaratmağa niyyətlənən Rusiya Ermənistana Ukraynanı örnək göstərmək istəyir və Qərbin ona fayda verməyəcəyini ifadə edir".
Ekspert Ermənistanın Rusiyanın hansısa təxribatına uymasının nəticə etibarı ilə özünün ziyanına ola biləcəyini söyləyib:
"Elə addım atılmalıdır ki, ikitərəfli danışıqların mahiyyətinə xələl gəlməsin. Kənar müdaxilə işi poza bilər. İrəvan hakimiyyətinin heç zaman müstəqil siyasət apara bilməməsi həm Azərbaycanla münasibətlərdə həm də regionda sülh və stabilliyə əngəl olub. Azərbaycanın yürütdüyü dövlət siyasəti həm iki ölkə arasında həm də regionda sülhün davamlı olmasını nəzərdə tutur. Rusiyanın Ermənistanla münasibətləri, yenidən əlaqələrinin inkişaf etməsi sülhə, sabitliyə və Azərbaycanın maraqlarına zidd olmamalıdır. Ümid edirəm ki, Ermənistan hakimiyyəti də bunu nəzərə alaraq yaxınlaşmaqda olan sülh prosesinə kənar müdaxilə və təsirlərin mənfi nəticələrə gətirə biləcəyini hesablayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə