Pezeşkian: İran regionda böyük müharibənin qarşısını aldı

“İranın İsrailin hücumlarına cavabı Yaxın Şərq ölkələrini daha böyük regional müharibədən xilas edib”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

“Əgər sionist rejimin təcavüzü (İsrail nəzərdə tutulur – red.) cavabsız qalsaydı, bu, regionda genişmiqyaslı və nəzarətsiz müharibəyə səbəb ola bilərdi”, - prezident qeyd edib.