Politoloq: Paşinyanı Rusiyaya qarşı savaşan "cəngavər" kimi göstərirlər
11:37 01.05.2025
Region
397
Lakin o, Rusiya ilə alverini edir, Avropa ilə əlaqələrini saxlayır
Ermənistan müqaviləni pozarsa, Avrasiya İqtisadi Birliyi (AİB) üzv dövlətlərin maraqlarını qorumaq üçün beynəlxalq hüquqi sənədlərə malikdir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Aqasandyan deyib.
“Əgər buna baxmayaraq, İrəvan AİB qanunvericiliyinə zidd addımlar atsa və ya AİB müqaviləsini pozarsa, bizdə ittifaqa üzv olan digər dövlətlərin maraqlarını qorumaq üçün lazımi beynəlxalq-hüquqi mexanizmlər var. Ümid edirik ki, bu, baş verməyəcək”, - XİN rəsmisi bildirib.
Aqasandyan qeyd edib ki, Ermənistan heç vaxt nə açıq, nə də ikitərəfli təmaslar zamanı müqavilədən çıxmaq niyyətini bəyan edib:
“Əksinə, ittifaq daxilində danışıqlarda fəal iştirak edir ki, bu da onun Avrasiya inteqrasiyasının inkişafında maraqlı olmasından xəbər verir”.
Aqasandyan onu da vurğulayıb ki, Ermənistan AİB-dən çıxacağı təqdirdə Avropa İttifaqı Ermənistan iqtisadiyyatına dəyəcək qaçılmaz itkiləri kompensasiya edə bilməyəcək.
“Rusiya tərəfi erməni tərəfdaşları ilə təmaslar zamanı Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqına eyni vaxtda üzvlüyün qeyri-mümkünlüyünü izah edir. Ümid edirik ki, İrəvan AİB-də iştirakın həm üstünlükləri, həm də oradan çıxmağın (ağır) nəticələrini dərk edir”, - Rusiya rəsmisi bildirib.
Politoloq Əhəd Məmmədli Sherg.az-a bildirib ki, Mixail Aqasandyan milliyətçi ermənidir:
"Ermənilər lazım gələrsə, öz tarixi vətənlərinin belə qulluq etdiyi dövlətə görə qurban verməyə hazır olan tayfadırlar. Nə vaxtsa Rusiya zəifləyərsə, elə ilk xəncəri də bu dövlətə vuracaqlar. Bəzən Paşinyan Rusiyaya qarşı savaşan cəngavər kimi göstərilir. Lakin elə deyil. Paşinyan iqtidarı dönəmində Rusiya-Ermənistan ticarəti maksimum səviyyəyə qalxıb. Əslində Ermənistan kasıb ölkədir. Bəs Rusiya burada nə satır ki, mübadilə 14 milyarda çatıb. Aydın məsələdir ki, Rusiya Ermənistan yolu ilə çiplər və s. sataraq Ukrayna müharibəsində istifadə edir. Avropa Parlamenti bu haqda nəsə demir. Amma Azərbaycanın Rusiya ilə qaz mübadiləsinə Ukrayna başda olmaqla sanksiyaların tətbiqindən danışırlar və boykota çağırırlar. Digər tərəfdən Rusiya ilə ticarət Ermənistana da lazımdır. Çünki bu dövlət İrəvan üçün qara bazar rolunu oynayır. Eyni zamanda iki ölkə arasındakı münasibətlər ictimaiyyətə göstərildiyi kimi kəskin deyil".
Politoloq əlavə edib ki, Paşinyan həm Rusiya ilə alverini edir, həm də Avropa ilə əlaqələrini saxlayır:
"Hələlik iki stulda oturmaq istəyir. Lakin seçim vaxtı gəldikdə, İrəvan üçün çətin olacaq. Çünki bəlli deyil Rusiyadan necə imtina etsin. Ermənistan bu ölkənin qazı, gəliri, ümumiyyətlə iqtisadiyyatı ilə təmin olunur. Üstəlik, Ermənistanda Rusiyanın hərbi bazası var. Nə qədər ki, İrəvan və Bakı arasında sülh sazişi imzalanmayıb, Paşinyan Rusiyadan vaz keçməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol