
Rəsmi Bakı risk faktorlarını dəyərləndirir -Politoloq
Yusif Nəzərli
01:15 25.04.2025
Region
527
Azərbaycan dəfələrlə İsrail və İran arasında tərəf tutmağa məcbur qalıb, lakin heç vaxt balansı pozmayıb
“İsrael Hayom” saytı məlumat yayıb ki, Baş nazir Benyamin Netanyahu tezliklə Azərbaycana səfər edəcək. Hələlik bu xəbərin rəsmi təsdiqi yoxdur, lakin doğruluq payı az deyil. Səfərlə bağlı iddianın məhz indi ortaya atılması təsadüfi deyil. Məsələ ondadır ki, Netanyahunun tezliklə Azərbaycana səfər etməsi iddiası İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri xəbərindən qısa müddət sonra ortaya çıxdı. “Tasnim” yazıb ki, Pezeşkian Azərbaycana aprelin 28-də gələcək. Netanyahu Azərbaycana səfər edəcəksə, böyük ehtimal bu, Pezeşkianın səfərindən qısa müddət sonra baş tutacaq. Ümumiyyətlə, son zamanlar həm Azərbaycan, həm də İran rəsmilərinin qarşılıqlı səfərləri artıb. Tehran Bakı ilə gərginliyi aradan qaldırıb, münasibətləri normallaşdırmaq istəyir. Təl-Əvivi isə Tehranla Bakı arasında münasibətlərin normallaşması düşündürür.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, İsrail yaxşı bilir ki, Bakı və Tehran müharibə etməyəcək. Amma diplomatik təmasların olmaması, gərginliyin davamlı olması iqtisadi-siyasi münasibətləri pisləşdirir. Ekspertin fikrincə, İran Azərbaycan üzərindən həm Avropa bazarına çıxa bilir, həm də şimal-cənub nəqliyyat dəhlizindən istifadə edir:

"Yəni Bakı-Tehran gərginliyi İrana, əslində, böyük iqtisadi zərbədir. Azərbaycan dəfələrlə İsrail və İran arasında tərəf tutmağa məcbur qalıb, lakin heç vaxt balansı pozmayıb. Hətta İranla gərginliyin pik həddində belə Bakı Tehrana qarşı fəaliyyətdə olmayıb. Bakı bir tərəfi müdafiə etməkdənsə, balansı qoruyub tərəfləri uzlaşdırmağa çalışır. Qısa zaman öncə Prezidentin köməkçisi Hikmət Hacıyevin İsrailə, Azərbaycan Baş naziri Əli Əsədovun isə İrana səfər etməsi buna bariz nümunədir. Bakı prosesləri müşahidə edir, risk faktorlarını dəyərləndirir. İndiki məqamda İranla İsrail arasında gərginliyin olması, ya da sərhədyanı bir ölkənin total müharibəyə girməsi Bakının maraqlarına uyğun deyil. Bu məqamda Bakı həm də tərəflərin bir-birinə yanaşmasını, xüsusilə Təl-Əvivin atacağı addımları müəyyən etməyə çalışır".
Siyasi şərhçinin qənaətincə, Azərbaycan Türkiyə-İsrail arasında uğurlu diplomatik təmas yaradıb:
"Prezident İlham Əliyev ADA Universitetində keçirilən forumda çıxış zamanı Türkiyə ilə İsrailin barışmasında ilk dəfə ölkəmizin vasitəçilik etdiyini vurğuladı. Bu təmasların ən böyük nəticəsinə isə qısa müddət öncə nail olundu. Türkiyə və İsrail arasında Bakıda keçirilən görüşdə tərəflər Suriyada gərginliyin azaldılması üçün mexanizm yaradılması barədə razılığa gəldilər. Fikrimcə, Bakı Türkiyə-İsrail arasında yaratdığı diplomatik təmasları indi İran-İsrail arasında yaratmağa cəhd edir. Lakin bu da bir reallıqdır ki, Təl-Əviv Tehranın üzləşdiyi mövcud vəziyyəti tarixi fürsət kimi dəyərləndirir. İsrailin əsas məqsədi İranı gərginliyə sürükləyərək, daha sonra İraqda olduğu kimi beynəlxalq koalisiyanın müdaxiləsini təmin etməkdir. Məhz bu səbəbdən Bakının budəfəki missiyası son dərəcə mürəkkəbdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə