
Rubionun açıqlaması Amerika-İran danışıqlarının əsas leitmotivini göstərir -ŞƏRH
10:02 02.05.2025
Region
443
Nüvənin zənginləşdirilməsindən imtina indiki halda İran üçün qırmızı xətdir
Tehran uranın zənginləşdirilməsini dayandırmaq üçün müddəanı özündə ehtiva edən müqaviləni imzalamasa, baş verənlər İranda rejim dəyişikliyinə səbəb ola bilər. Bunu ABŞ Dövlət katibi Marko Rubio deyib. Dövlət katibi qeyd edib ki, prezident, mən, Stiven Uitkoff, hamımız bəyan etmişik ki, İran heç vaxt nüvə silahına malik ola bilməz. Onların bu gün ona bu qədər yaxın olmasının yeganə səbəbi Co Baydenin İrana tətbiq etdiyi sanksiyalara məhəl qoymaması idi ki, bu da indi faktiki olaraq İranı iflasa uğradır. Onlar indi nüvə silahına əvvəlkindən daha yaxındırlar. Rubio vurğulayıb ki, uranın zənginləşdirilməsini dayandırmaq üçün müddəanı özündə ehtiva edən müqavilə olmalıdır: “İran bu yoldan əl çəkərsə, nüvə obyektləri və neft emalı zavodlarını itirəcək, bu da yoxsulluğa və ola bilsin ki, rejim dəyişikliyinə səbəb olacaq”.
Politoloq Natiq Miri Sherg.az-a söyləyib ki, ABŞ Dövlət katibi Marko Rubionun açıqlaması Amerika-İran danışıqlarının əsas leitmotivini göstərir:

“Amerika İrandan birmənalı olaraq nüvə ilə bağlı fəaliyyətdə hansısa güzəştlər tələb etmir. ABŞ bütövlükdə uranın zənginləşdirilməsindən imtina edilməsini istəyir ki, İran üçün bu qəbuledilməzdir. Çünki ötən illər ərzində İran çox böyük maliyyələr xərcləyib və nüvə mərkəzləri indiki səviyyəyə çatıb. İndiki vəziyyətdə nüvənin zənginləşdirilməsindən tamamilə imtina edilməsi İranı zəiflətməklə yanaşı beynəlxalq nüfuzuna ciddi zərbədir. Eyni zamanda İranı nüvə enerjisiylə bağlı digər ölkələrdən asılı hala salacaq. Bu baxımdan sözügüdən açıqlama ABŞ-İran danışıqlarının nə qədər çətin olduğunu göstərir. İran Husilərə yardımın kəsilməsi, Livan, Fələstin və İraqda proksi qüvvələrə olunan yardımlardan geri çəkilməsi kimi məsələlərdən imtina edə bilər. Ancaq nüvənin zənginləşdirilməsindən imtina indiki halda İran üçün qırmızı xətdir. Prosesin bundan sonra necə olacağı İranın qərarından asılı olacaq. Uranın zənginləşdirilməsindən imtina olunması prosesə MAQATE və ABŞ nümayəndələri tərəfindən nəzarət edilməsi deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol