
Türkiyəni Suriyadan çıxarmağı bacarmayacaqlar -Politoloq
Yusif Nəzərli
02:00 07.05.2025
Region
365
Yeni milli hökumət Ankaranın dəstəyi ilə qarşısındakı əngəlləri yavaş-yavaş aradan qaldıracaq
“Ələvilərin, dürzilərin etirazları nəticəsiz qalacaq. Kürdlər Suriyanın ərazi bütövlüyünü qəbul edirlər, sadəcə, kənar qüvvələr onları "barmaqlayır"
Suriyada Türkiyə və İsrailin qarşıdurması fonunda gərginlik artır. Dürziləri dəstəkləyən İsrailin muxtariyyət istəklərindən sonra PKK-nın Suriya qanadı olan PYD və YPG də “dövlət qurmaq” istiqamətində işləyir. Əsədin devrilməsindən sonra bu qüvvələrin Suriyanın yeni hakimiyyəti ilə anlaşacağı gözlənilsə də, xarici oyunçuların dəstəyi ilə “muxtar dövlət” planları yenidən dövriyyəyə girib. Ekspertlərin fikrincə, Suriyanın şimal-şərqində, Türkiyə ilə sərhəddə yerləşən Qamışlı bölgəsində keçirilən “kürd milli birlik konfransı” parçalanma cəhdlərinin başlanğıcı hesab oluna bilər. Konfrans PYD/YPG terrorçularının təmsil olunduğu “Suriya Demokratik Gücləri” (SDG) ilə Bərzaniyə yaxın olan ENKS adlı qruplaşma tərəfindən təşkil olunub. Konfransa ABŞ, Fransa, İngiltərə, Hollandiya və bəzi ərəb ölkələrindən nümayəndələr qatılıb. Yekun bəyanatda “muxtariyyət, müstəqil dövlət” kimi istəklər yer alır. Bu toplantıya sərt reaksiya verən Türkiyə “Suriyanın unitar quruluşunun pozulmasına icazə verməyəcəyik” deyib.
AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli Sherg.az-a deyib ki, Suriyada indiki vəziyyət ona bir vaxtlar Rusiyada baş verən prosesləri xatırladıb. Ekspert vurğulayıb ki, Rusiyada bolşeviklər iqtidara gələndən sonra bir çox qüvvələr fəallaşmışdı:

"Bir tərəfdən kəndli üsyanları, "ağ"ların hərəkatı, digər yandan milli respublikaların mübarizəsi geniş vüsət almışdı. Amma bolşeviklər mərhələli şəkildə önlərindəki bütün "əngəlləri" aradan qaldırdılar. Nəticədə SSRİ adlı böyük bir imperiya qurdular. Mən bolşevikpərəst, kommunist deyiləm, amma real vəziyyəti göstərmək üçün bunları deyirəm. Proseslərə peşəkar yanaşmaq lazımdır. Suriyada 50 illik Əsəd rejimi devrilib və yeni milli hakimiyyət qurulub. Onillərlə davam edən diktatura devrilib. Yeni hökumətin də əsas dəstəkçisi Türkiyədir. Suriyada indiyədək vəziyyət elə olub ki, müxtəlif dövlətlər, xarici dairələr orada öz maraqlarını təmin etməyə çalışıblar. Həmin qüvvələr öz əlaltıları sayəsində yenə də Suriyada həmin qarışıq dövrü bərpa etmək istəyirlər. Bu, bir ssenaridir. Suriyada maraqlı dövlətlər - İran, Rusiya, İsrail, Qərb dövlətlər və s. çoxdur".
Ə.Məmmədli əlavə edib ki, Suriyada vahid hökumətin, güclü dövlətin formalaşmasını, ölkənin ərazi bütövlüyünün bərpa olunmasını istəməyənlər var:
"Suriya hökumətinə Türkiyənin dəstəyi də həmin ölkələrdə narazılıq yaradır. Amma bacarmayacaqlar. Suriyanın yeni milli hökuməti Türkiyənin dəstəyi ilə qarşısındakı əngəlləri yavaş-yavaş aradan qaldıracaq. Ələvilərin, dürzilərin etirazları nəticəsiz qalacaq. Kürdlər Suriyanın ərazi bütövlüyünü qəbul edirlər, sadəcə, kənar qüvvələr onları "barmaqlayırlar". Məqsəd Türkiyəni Suriyadan çıxarmaqdır. Suriyanın indiki rəhbərliyi illərin savaşından, ağır sınaqlarda, vətəndaş müharibəsindən üzüağ çıxıblar. Suriya xalqının əksəriyyəti milli hökuməti dəstəkləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
19:47 18.03.2026
Cəmiyyət
Zaxarova Paşinyanı Aİ ilə bağlı mövqeyinə görə tənqid edib
19:33 18.03.2026
Region
Dünyanın ən böyük qaz yatağına zərbələr qazın qiymətini yüksəltdi
19:13 18.03.2026
Dünya
Prezident Xocavəndin Xanoba kəndində olub - YENİLƏNİB
18:52 18.03.2026
Rəsmi
Vaşinqton “Tramp Marşrutu”nu gündəmdən çıxarır?
18:10 18.03.2026
Cənubi Qafqaz
Mixail Zabelin “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
17:48 18.03.2026
Gündəm
Qazaxıstanda ailə məsələləri üzrə ombudsman institutu yaradılıb
17:32 18.03.2026
Dünya
Təqaüdçülərin sayı azalır, doğumlar kəskin düşür - AÇIQLAMA
17:20 18.03.2026
Sosial
İranlı qadın futbolçular Avstraliyadan ölkələrinə qayıdıblar
17:07 18.03.2026
Gündəm
Əli Laricani şənbə günü Məşhəddə dəfn ediləcək - YENİLƏNİB
16:44 18.03.2026
Gündəm
Dondurma arabası ilə tarix yazdılar: Avstraliyada “Çanaqqala ruhu”
16:22 18.03.2026
Gündəm
Vüqar Qurbanovdan sonra o da işdən çıxarıldı - FOTO
16:01 18.03.2026
Gündəm
ABŞ Prezidenti Donald Tramp İranı məhv etməklə hədələyib
15:52 18.03.2026
Gündəm