6 ayda 20 min kilometr uçdu
Yusif Nəzərli
21:20 30.03.2022
Relaks
1172
Dünyanı dolaşan qartal cihaz vasitəsi ilə saniyə-saniyə izlənib
Türkiyənin İğdır bölgəsində fəaliyyət göstərən Quzey Təbiət Dərnəyi “Aras” Quşları Araşdırma Mərkəzində həyata keçirdiyi layihə çərçivəsində şimal yarımkürəsindən cənub yarımkürəsinə köç edən “kiçik qartal” cinsi quşu təqib altına alıb. Bu qartalın elmi adı “Hieraaetus-pennatus”dur. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, kiçik qartalın belinə 2021-ci ilin 13 sentyabr tarixində 10 qramlıq peyk cihazı yerləşdirilib. Bu cihaz sayəsində quşun köç trayektoriyası saniyə-saniyə qeydə alınıb. Və qartalın çox maraqlı səyahəti ortaya çıxıb.
Qartal təbiətə buraxıldığı gün Türkiyənin Van bölgəsinə uçub. Oradan İran ərazisinə, sentyabrın 14-də isə Hakkariyə “gələrək”, oradan da İraq ərazisinə keçib. İraqda 3 gün qalıb. Sentyabrın 17-də İraqla Səudiyyə Ərəbistanı sərhədindəki “İmam Turki bin-Abdullah” Qoruğu ərazisindən keçərək Səudiyyə Ərəbistanına çatıb.
7 gün orada qalıb. Sentyabrın 24-də Yəmənə uçub, oradan Qırmızı Dəniz sahiliylə Afrikaya - əvvəlcə Cibutiyə, daha sonra Efiopiyaya uçub.
Qartal 1 ay Efiopiyada qalıb. Oktyabrın 30-da Keniyaya, 31-də Uqandaya uçub və burada tam 5 ay qalıb. Qartalın Uqandanın Nakarapirpirit bölgəsində yuva qurduğu məlum olub.
Cənub yarımkürəsində qış mövsümünün başlanmasıyla qartal yazın başladığı şimal yarımkürəsinə köç etməyə başlayıb. Qartal Uqandadan 2022-ci ilin 12 martında yola çıxıb. Hazırda qartal yenə də Səudiyyə Ərəbistanında, “İmam Turki bin-Abdullah” Qoruğu yaxınlığındadır. Quşun İğdırdan çıxdıqdan sonra 20 min kilometr məsafə qət etdiyi müəyyənləşib. Səyahət əsnasında qartalın yolunun üstündəki qoruq ərazilərinə və ya milli parklara “baş çəkdiyi”, bəzisində bir neçə gün qaldığı məlum olub. Hətta qartal dünyanın ən böyük qumlu çölü olan Rub-al Xalinin qərb səmtindəki Uruq Bani qoruq ərazisində də qalıb. Qartalın səyahəti, dayanacaq yerləri, harada daha çox qaldığı peyk cihazı vasitəsilə görüntülənib, səyahət trayektoriyasının videosu da hazırlanıb.
Quzey Təbiət Dərnəyinin koordinatoru Əmrah Çoban bildirib ki, quşların köçü ilə bağlı mərkəzdə tədqiqat aparılır. Əraziyə köç edən quşlar müşahidə altına alınır.
Təqib edilən kiçik qartal 6 ayda 20 min kilometr məsafə qət edib, səmada bəzən 3 min 500 metrə yüksəklikdə uçub.
Hazırda köç davam edir. Ümid edirik ki, yenə İğdır üzərindən uçacaq və burada nəsil artıracaq. İğdır quşların köç sırasında ən uzunmüddətli məskən saldığı bölgələrdəndir. Bu qartal yetişkindir və 700 qram ağırlığındadır. Kiçik qartal növü təhlükə altında deyil, stabil şəkildə nəsilartırma mövcuddur.
Orta ömür uzunluğu 7 ildir. Qartalın 10 gün içində İğdıra çatıb bir müddət qaldıqdan sonra Rusiya ərazisinə keçərək şimal yarımkürəsində məskən salacağı gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya