73 yaşlı qadın dünyanı dolaşacaq
Yusif Nəzərli
00:53 28.03.2023
Relaks
1387
İtalyan səyahətçi Azərbaycana da gələcək
Məşhur səyahətçi Marco Polonun iziylə dünyanı dolaşmağı hədəfləyən italyan qadın Vienna Cammorata səyahətinin ilk mərhələsində Türkiyəyə səfər edib. “Şərq” “Anadolu” Xəbər Agentliyinə istinadən bildirir ki, italyan səyahətçi Çinədək piyada səfər etməyi planlaşdırıb. Vienna Cammorata 73 yaşındadır. Xanım səyahətçi Türkiyədə gördüklərini və yol xəritəsini “Anadolu”ya anladıb. Vieanna Cammorata ilham qaynağının məşhur italyan tacir və səyahətçi Marco Polodan aldığını deyib.
12-13-cü əsrlərdə yaşamış Marco Polo Avropadan Çinədək məhz Kiçik Asiya və Orta Asiyadan keçərək səyahət etmişdi. Xanım Cammorata da səyahətinə Marco Polonun vətəni Venesiyadan, 2022-ci ilin 26 aprelində başlayıb. Səyahətinin ilk bölümü 8 ay çəkib. Sloveniya, Xorvatiya, Serbiya, Bolqarıstanı gəzən səyahətçi Türkiyəyə çatıb. Cammorata Türkiyəni çox sevdiyi Napoli şəhərinə bənzətdiyini deyib: “Buraya çatar-çatmaz “Napoliyə bənzəyir”, dedim. Napolini çox sevirəm, Türkiyədə də Napoli havası hiss etdim. Möcüzəli, heyranedici ölkədir”. Xanım səyahətçi Türkiyə gəzintisinə İzmir və ətrafından başlayıb. Efesi ziyarət edib. Sonra Pamukkale, Kapadokyaya gedib. Niyyətinin Türkiyənin iç bölgələrini gəzmək olmadığı, lakin mütləq Ankaranı görüb, Anıtqəbiri ziyarət etmək istədiyini və bu istəyini reallaşdırdığını bildirib. Cammorata “burada heç bir çətinliklə qarşılaşmadım. Məni gördüklərində və ya mən bir şey soruşduğumda qarşılıq olaraq “çaymı, qəhvəmi?” deyə soruşur, qonaq etmək istəyirdilər. Bir dəfə yolu itirmişdim. Küçədə iki nəfər bir-biriylə mübahisə edirdi, onlara yaxınlaşdım, azdığımı dedim, yolu göstərmələrini xahiş etdim. Onlar mənə “hələ bir əyləş, dincini al. Çaymı içərsiniz, qəhvəmi? Sonra sizə yolu göstərərik”, dedilər. Türklər çox qonaqpərvərdir”, söyləyib. Ən çox balıq-çörəyi sevdiyini deyib. Cammorata yalnız Gürcüstanda dil bilgisi sıxıntısından insanlarla anlaşmaqda çətinlik çəkdiyini xatırladıb. İtalyan səyahətçi Azərbaycana da gələcək. Amma səyahətinə təyyarə ilə davam etmək məcburiyyətindədir. Azərbaycanla Gürcüstan sərhədində quru yolla keçidə hələ də qadağa qüvvədə qaldığı üçün. Ölkəmizə səfər edəcək səyahətçi xanım buradan Xəzər dənizi vasitəsilə Orta Asiyaya keçib Türküstan yoluyla Çinə çatmağı planlaşdırır: “Qışda Qırğızıstanda qalıb qışı keçirmək istəyirəm. 2025-ci ildə isə Çində olacağam. Niyyətim sonra da Monqolustana keçməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm