Ağcaqanad həyəcanı!
Ağcaqanad həyəcanı!
Yusif Nəzərli
19:46 25.06.2023
Relaks
1424
Yayın fəlakəti başlayır
Yayın ən böyük problemi həm də ağcaqanadlardır. Mütəxəssislərin “ağcaqanadların geni dəyişib” iddiasına indiyədək ciddi yanaşılmırdı. İstanbulda baş verənlərsə iddianın heç də əsassız olmadığını göstərir. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, bu günlərdə İstanbulda ağcaqanad sancmasından şikayətlər və həkimə müraciətlər artıb. İstanbulun Avcılar məhəlləsində ağcaqanad “ordusu” smartfonun kamerası ilə görüntülənib. Məhəllə sakinləri görüntüləri sosial mediada paylaşaraq yetkililərdən yardım istəyib.
Dermatoloq professor Zekayi Kutlubay isə açıqlamasında ağcaqanad sancmasına ciddi yanaşılmalı olduğu xəbərdarlığı edib. İstanbul Bələdiyyəsi Sağlıq Dairə başqanı doktor Önder Yüksel Eryiğit isə ağcaqanadlarla mübarizə aparılması üçün 611 işçidən ibarət 182 heyət yaradıldığını bildirib. Ağcaqanadların bu qədər çoxalmasının əsas səbəbi antisanitariya hesab edilir. Şəhərin bir çox məhəlləsində zibillər vaxtında daşınmır, dərələrə tökülən zibillər uzun müddət orda qalır. Sakinlər indiki ağcaqanad sancmalarının əvvəlkilərdən xeyli fərqləndiyini deyib.
Ağcaqanad sancdığı yer qızarır, köpəciyir və içindən su çıxır. Dərmanlar da fayda vermir. Dermatoloq Zekayi Kutlubay da ağcaqanad sancması şikayəti ilə xəstəxanaya müraciət edənlərin sayında artım olduğunu deyib. Bu mövsümdə şikayətlər daha tez başlayıb. Həkim ağcaqanad sancmasının ciddi fəsadlar törədə biləcəyini vurğulayıb: “Bəzən hətta anafilaktoid (qeyri-immun mexanizmlərin işə düşməsi) reaksiyalara da səbəb olur. Bu da ən qorxduğumuz reaksiyadır. Nəfəsalma çətinləşir, dil, nəfəs borusu şişir, qan təzyiqi düşür və xəstə bayılır. Buna görə də çox diqqətli olmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib - YENİLƏNİB
13:58 29.01.2026
Dünya
KİV: Moskva və Kiyev enerji atəşkəsi ilə bağlı razılığa gəlib
13:46 29.01.2026
Dünya
Bilal Ərdoğan Bakıda restoran açır
13:36 29.01.2026
Gündəm
Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi ilə görüşdü
13:32 29.01.2026
Dünya
Gəncədə azyaşlı xəstəxanada ölüb - YENİLƏNİB
13:03 29.01.2026
Hadisə