Çin qızı fenomen oldu
Yusif Nəzərli
02:44 23.11.2022
Relaks
1901
Onun saçının uzunluğu 2,7 metrdir
Çinin güneyindəki Guangxi Zhuang muxtar vilayətində etnik qrupa məxsus qadın bu günlərdə internetdə ən çox izlənib və bəyənmə sayı toplayıb. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, qadının saçının uzunluğu görənləri heyran edir. Qadın muxtar vilayətin Guilin şəhərində yaşayır və Yao etnik qrupuna məxsusdur. Bu etnik qrupa məxsus qadınlar tarixən uzun və sağlam saçlarıyla məşhur olub.
Bu günlərdə fotosu sosial şəbəkələrdə yayılan qadınsa saçının uzunluğuyla əcdadlarını geridə qoyub. Onun saçının uzunluğu 2,7 metrdir. Etnosa mənsub qadınların saçlarının uzunluğu orta hesabla 1 metr 40 santimetr təşkil edir.
Fotosu yayılmış qadının saçları isə 2 metr 70 santimetr uzunluğundadır. Etnos qadınlarının saçlarının belə uzun və sağlam olması yuyucu vasitəyə bağlıdır.
Bu etnosun qadınları qaynadılmış düyünün suyunu bir müddət saxlayıb qıcqırdır, sonra bu suyla saçlarını yuyurlar. 2004-cü idlə çinli qadın Xie Qiuping 5 metr 627 santimetr uzunluğunda saçlarına görə “Dünyanın ən uzun saçlı qadını” adını alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region