Dünyada internetdən kişilər çox istifadə edir, yoxsa qadınlar?
18:36 06.11.2019
Relaks
533
Bu gün dünya əhalisinin 50%-dən çoxu internetdən istifadə edir və əhalinin 96%-i mobil rabitənin əhatə zonasında yaşayır. "İctnews" xəbər verir ki, BMT-nin rəqəmli inkişaf haqqında yeni araşdırmasına görə, dünyada heç də hamı internetin üstünlüklərindən istifadə edə bilmir. Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) son məlumatına görə, indi dünyada kişilərin 58%-i və qadınların 48%-i internetdən istifadə edir. Mobil rabitədə də oxşar vəziyyətdir. Ancaq məlumatları təqdim etmiş 84 ölkədən 24-də mobil rabitədən istifadə edən qadın və kişilərin nisbəti bərabərdir, bəzi ölkələrdə isə qadınların sayı üstünlük təşkil edir. Çilidə mobil rabitədən istifadə edən qadınların sayı kişilərə nisbətən 12% çoxdur.
Ümumilikdə hazırda dünya əhalisinin 96%-i səyyar mobil rabitə siqnalının, 93%-i isə "3G" və ya sonrakı nəsil şəbəkələrinin əhatə zonasında yaşayır. Şimali və Cənubi Amerika, Asiya-Sakit okean regionu və Avropada sonuncu göstərici 95%-dən yuxarı, Ərəb ölkələrində 91%, MDB-də 88% və Afrikada 79% təşkil edir.
Hesabat müəlliflərinin məlumatına görə, indi dünya əhalisinin 50%-dən çoxu (4,1 milyard) internetdən istifadə edir. 3,6 milyard nəfər "Ümumdünya Hörümçək Toru"na qoşulmayıb. Onların əksəriyyəti az inkişaf etmiş ölkələrdə yaşayır. Belə ölkələrdə 10 nəfərdən 2-si internet istifadə etmək imkanına malikdir.
Rəqəmli dünyaya qoşulmağa mane olan əsas problem internet və mobil rabitənin baha olmasıdır. Bundan başqa, yoxsul ölkələrin sakinləri rəqəmli texnologiyalarla işləmək bacarığına malik deyil. Məsələn, 84 ölkədən 40-da əhalinin yarıdan az bir hissəsi elementar kompüter bacarıqlarına malikdir: məsələn, onlar fayl köçürməyi və ya elektron poçtla məktub göndərməyi bilmirlər.
Hesabat müəllifləri bu və digər ölkələrin hökumətlərini əhalinin rəqəmli savadının inkişaf etdirilməsinə xüsusi diqqət yetirməyə səsləyiblər.
BTİ-nin qiymətləndirməsinə görə, 2019-cu ilin sonuna dünyada ev təsərrüfatlarının 57%-i öz internetinə çıxışa malik olacaq. Eyni zamanda 2018-dən 2019-cu ilədək hər bir ailədə kompüterlərin sayı 1% artacaq. Bunun sadə izahı var: bir çox ölkələrdə internetə qoşulmaq üçün insanlara artıq kompüter lazım deyil, bunun üçün smartfon kifayətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual