İçi qızılla dolu ayaqqabı
Yusif Nəzərli
02:30 23.02.2023
Relaks
1414
Zəlzələ bölgəsinə göndərilib
“Onlar oğlumun toy qızıllarıdır”
Zəlzələ bölgələrinə yardım karvanlarının axını davam edir. Zəlzələdən zərər çəkmiş insanlara Türkiyə daxilindən də, digər dövlətlərdən humanitar yardımların ardı-arası kəsilmir. İnsanların yardımlaşma cəhdləri bəzən maraqlı əhvalatlarla yadda qalır. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Trabzonda da zəlzələ bölgəsinə yardım toplama mərkəzləri fəaliyyət göstərir. Trabzonun Sürmənə bölgəsindən göndərilmiş yardımla bağlı isə maraqlı hadisə yaşanıb. Bölgə sakini Əhməd Akyasan zərərçəkmişlərə ailəsi ilə birlikdə bağlama göndərib. Ə.Akyasan içində ayaqqabı, gödəkçə, palto, isti geyimlər olan yardım bağlamasını mərkəzə gətirərək işçilərə təhvil verib. İyul ayında Ə.Akyasanın qardaşının toyu olmalıdır. Ailə toy üçün tədarük etdiyi 80 qram qızılı ayaqqabı qutusunda saxlayırmış. Əhmədin hərbi xidmətə qayıdan qardaşı toy üçün toplanan qızılları görmək istəyib. Ayaqqabı qutusunu tapa bilmədikdə onu da yanlışlıqla yardım bağlamasına qoyduqları məlum olub. İçində qızıl olan ayaqqabı qutusunu anaları çarpayının altında saxlayırmış.
Ə.Akyasan ayaqqabının içində qızılların gizlədildiyini bilməyib. Qızılları ayaqqabı qutusunda yanlışlıqla zəlzələ bölgəsinə göndərdikləri məlum olduqda ailə başçısı Dursun Akyasan Qaziantəpə gəlib. Burada yardımların cəmləşdiyi mərkəzlərə müraciət edib. Ona bildiriblər ki, bura göndərilmiş yardımlar İslahiyyə bölgəsinə göndərilib. “Bu qızılları oğlumun toyu üçün saxlayırdıq. Biz Sakarya zəlzələsini yaşamışıq. Zəlzələnin nə deməık olduğunu, insanların necə əziyyət çəkdiyini bilirik. Zərərçəkmişlərə əlimizdən gələn köməyi göstərməyə çalışdıq. Oğlumun təzə ayaqqabısını da yardım bağlamasına qoyduq. Qızılların orada olduğunu bilməmişik. 80 qram külçə qızıldır. 5 ay sonra oğlumun toyudur. Qızıllar hamısı da nömrəlidi” deyən Dursun Akyasan polisə ifadə verdiklərini, qızılların tapılacağına ümid etdiyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm