
İnsan dərisi ilə örtülmüş 5 əsrlik əlyazma sirr olaraq qalır
00:49 02.04.2023
Relaks
1459
Qazaxıstanda üz qabığı insan dərisindən olan qədim latın əlyazması sirr olaraq qalır. Əlyazma paytaxt Astanada Milli Akademik Kitabxananın Nadir Nəşrlər Muzeyində nümayiş etdirilir. Sherg.az türk mediasına istinadən xəbər verir ki, 1532-ci ildə qədim latın əlifbasında yazılmış, insan kürəyinin dərisi ilə örtülmüş 330 səhifəlik əsərin yalnız 10 səhifəsini oxumaq mümkün olub.

Milli Akademik Kitabxananın Elm şöbəsinin mütəxəssisi Möldir Tölepbay bildirib ki, əlyazma 2014-cü ildə şəxsi kolleksiyaçı tərəfindən kitabxanaya hədiyyə edilib və o vaxtdan bəri muzeydə sərgilənir. Tölepbay, bu gün istifadə edilməyən, lakin əsrlər əvvəl adi hal olan kitab örtüyü üsulu ilə edilən işi görmək üçün çoxlu ziyarətçini qonaq etdiklərini qeyd edərək, "Bu üsul dünyada antropodermik kitab bağlaması kimi tanınıe, yəni kitabın cildlənməsi üçün insan dərisindən .istifadə olunub”.
Əsərin üz qabığında lazımi elmi araşdırmaların aparıldığını vurğulayan Tölepbay deyib ki, əsər Astanadakı Milli Tibb Elmi Mərkəzinin laboratoriyasında araşdırılıb. Əlyazmanın üz qabığında insan kürəyinin dərisindən istifadə edildiyi qənaətinə gəlinib.
Əlyazmanın məzmununun hələ də sirr olaraq qaldığını bildirən Tölepbay, “Şimali İtaliyadan olan Petrus Puardus adlı notariusa aid olan əsər 1532-ci ildə əski latın əlifbasında yazılmışdır. Ümumilikdə 330 səhifədən ibarətdir, lakin hazırda ekspertlər yalnız ilk 10 səhifəni oxuya biliblər”, - deyə o qeyd edib.
Əlyazmanı Fransadakı instituta xüsusi araşdırma üçün göndərdiklərini ifadə edən Tölepbay bunları deyib:
“İlk səhifələri oxuya bildikləri qədər, giriş-çıxış hesabları, kredit və ipoteka ilə bağlı məlumatların olduğuna dair ümumi bir qiymətləndirmə verildi, ancaq əlyazma tam deşifrə olunmayıb”.
Milli Akademik Kitabxanada 13 minə yaxın nadir nəşrə sahib olduqlarını qeyd edən Tölepbay, onların arasında ilan dərisi, qiymətli daşlar, ipək parça və qızıl sapdan hazırlanmış xüsusi kitabların olduğunu da sözlərinə əlavə edib.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm