Küçə pişiyi ulduz oldu
Yusif Nəzərli
09:26 14.03.2023
Relaks
2057
Gacek o qədər məşhurlaşıb ki, hətta “Google" xəritəsinə düşüb
Polşanın Szczecin şəhərinə gələn turistlər Gacek adlı pişiyi ziyarətdən vaz keçmirlər. Gacek, əslində sahibsiz, küçə pişiyidir. Lakin bir video paylaşımı ilə o qədər məşhurlaşıb ki, hətta "Google" xəritəsinə düşüb. Şəhəri gəzənlər tarixi yerləri ziyarət etməklə yanaşı Gacekə mütləq baş çəkirlər. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, ağ-qara rəngli, “smoking” pişik hazırda şəhərin 1 nömrəli turistik nöqtəsi hesab edilir. Gacek barədə 4 min rəy yazılıb və o, “Youtube” kanalında izləyici rəyləri əsasında 5 “ulduz”a layiq görülüb.
Hər şey bir turist xanımın “heyranlarına layiq gözəl bir toppuş!” ifadəsini yazıb pişiyin fotosunu paylaşmaqla başlayıb. Onu görən hər kəs heyran olub və beləcə Gacek Polşanın Szczecin şəhəri sakinləırinin, həmçinin şəhərə gələnlərin sevimlisinə çevrilib.
İngiltərədən Polşaya səyahət edən Royu adlı istifadəçi isə “Lancasterdən onu görməyə gəldim. Bir az söhbət etdik, kefi yerindəydi...” sözlərini yazıb. Başqa birisi isə “3 saat yol qət etdiyimə dəydi. Onu gördüm”, qeydini edib. Bir neçə gün öncə Gacek “Google" xəritələrindən silinib. Lakin qısa müddət sonra yenidən görünüb. Heyranları isə ona yenidən “ulduz”lar göndərməyə davam edib. Qeyd edilir ki, oxşar hadisə 2021-ci ildə də baş verib. Polşanın Qdansk şəhərində retriever cinsli köpək “eyvandakı köpək” adıyla "Google" xəritələrdə məşhurlaşmışdı.
Amma sonra fotosu silinmişdi. İndi də "Google" xəritələr pişik Gacekin fotosunun silinmə səbəbini soruşan “Washington Post” müxbirinə cavab verəcəyini bildirib, lakin hələ də cavab yoxdur. Cavab aranmağında, turistlərsə Gaceki ziyarət etməkdədir.
Hətta onu görmədən, sığallamadan şəhəri tərk etmək istəməyənlər başqa tarixi yerlərin ziyarətini ləğv edib pişiyi görməyə tələsirlər. Gacek 7 ildir küçədə yaşayır və hər kəslə “dil tapa bilir”. Gacekin adına instagram hesabı da açılıb, 22 min izləyicisi var.
Onun adına feysbuk səhifəsi də açılıb. Gacekə nəzarət edənlər gələnlərdən “onu yemləməyin, çox kökəlir”, desələr də, hər kəs Gaceki nəyəsə qonaq etmək istəyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm