Microsoft 4 günlük iş həftəsinə keçdi: Nəticə inanılmaz oldu
18:26 05.11.2019
Relaks
561
Microsoft şirkətinin Yaponiya üzrə şöbəsi 1 ay ərzində keçirilmiş 4 günlük iş həftəsinə keçid təcrübəsinin nəticələrini təqdim edib. Məlumatda qeyd olunub ki, 4 günlük iş həftəsinə keçid nəticəsində işçilərin məhsuldarlıqları artıb.
"Technote" xəbər verir ki, sözügedən təcrübə Work Life Choice Challenge 2019 Summer proqramı çərçivəsində avqust ayında keçirilib.
Beləliklə 1 ay ərzində Microsoft-un Yaponiya üzrə şöbəsinin 2300 əməkdaşı həftənin cümə gününü əlavə istirahət günü kimi əldə edib. Yəni işçilər həmin gün çalışmayıblar. Bununla belə şirkət bunun müqabilində işçilərin maaşlarını kəsməyib və onların illik məzuniyyətlərindən həmin günləri çıxmayıb. Nəticədə şirkətin Yaponiya üzrə şöbəsi keçirilmiş təcrübəni uğurlu adlandırıb və onun təkrar olunmasında maraqlı olduğunu bildirib. Bu təcrübənin əsas nəticələri isə aşağıdakı kimidir:
- 2018-ci ilin avqust ayındakı göstəricilər ilə müqayisədə bu lin avqust ayında bir işçi üzrə hesablanan satış göstəriciləri 39.99% yüksəlib.
- Vaxtın qənaət olunması üçün şirkət iş görüşlərinin keçirilməsinə fərqli cür yanaşıb. Belə ki, müzakirələrin çox hissəsi online formatına, görüşlərin özləri isə 30 dəqiqə formatına keçirilib.
- Həftədə 4 gün işləyən əməkdaşlar 25.4% daha az istirahət günləri götürüblər.
- Elektrik enerjisi sərfiyyatı 23%, kağız sərfiyyatı isə 58% aşağı düşüb.
- Bu təcrübədə iştirak etmiş əməkdaşların 92.1%-i bildirib ki, onlar 4 günlük iş rejimindən razı qalıblar. Bəzi əməkdaşlar isə etiraf ediblər ki, cümə günündə bütün dünyanın çalışdığı bir vaxtda onların həmin gün istirahət etmələri onlara bir qədər ağır gəlib.
Qəbul olunmuş vaxtdan artıq çalışmaq Yaponiyanın iş mədəniyyətinin əsas problemlərindən biridir. Hökumətin məlumatlarına əsasən 2016-cı ildə şirkətlərin əksəriyyəti öz əməkdaşlarından ayda 80 saatdan çox çalışmağı tələb etmişdilər. Yaponiyanın səhiyyə və əmək nazirliyinin məlumatlarına əsasən 2018-ci ildə təyin olunmuş vaxtdan çox çalışma nəticəsində 190 insan vəfat etmişdi. Onlardan bəziləri isə suiqəsd ilə həyatlarına son qoymuşdular. Bu ilin aprel ayında Yaponiyada qüvvəyə minmiş qanun ayda 45 saatdan, ildə isə 360 saatdan çox çalışmanı qadağan edir. Bu normanı pozan biznesə isə 2800$ dəyərində cərimə təyin olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual