Türkiyənin ilk milli avtomobili: Prezident necə yolda qaldı?
11:15 30.12.2019
Relaks
1663
Xəbər verildiyi kimi Türkiyənin Bursa əyalətinin Qebze şəhərində ilk yerli elektromobil təqdim olunub. Prezident Rəcəb Tayyib Ərdoğan avtomobilin sükanı arxasına əyləşib və tarixi günü ölkəsi üçün böyük hadisə sayıb:
"Uzun illərdi ki, öz avtomobilimizi istehsal etmirdik. Yüzdən çox türkiyəli mühəndis yerli texnologiyalardan istifadə edərək layihə üzərində çalışıb. Bursa əyalətinin Gemlik şəhəri rayonunda yeni zavod tikiləcək”.
Tanınmış jurnalist Əziz Rzazadə dünyanın diqqətini çəkən hadisə ilə bağlı özünün feysbuk səhifəsində maraqlı paylaşım edib. Jurnalistin qeydlərini təqdim edirik:
"Türkiyə ilk milli avtomobilini nümayişə çıxardı. Çoxları bilmir, ilk türk milli avtomobili "Devrim" olub. 1961-ci ildə Prezident Cemal Gürsel onun sınağını keçirib. Bəs, tarix bu haqda nə deyir?
"Devrim" motosikletli kortejin müşayiəti ilə yola çıxdı. Amma müşayiətçilər benzin barədə düşünməmişdilər. Məclisin qarşısında ağıllarına gəldikdə, 1-ci maşına yanacaq vurdular. Cemal Paşa isə 2-ci maşınla Məclisin önündən "Anıtqəbir"ə getmək üçün yola çıxdı. Ancaq 100 metrdən sonra motor nasazlayıb, dayandı. Cemal Paşanın "Nə baş verir" sualına sükan arxasında olan baş mühəndis Rıfat Serdaroğlu "Paşam, benzin bitdi"?- deyir. Paşadan üzr istədi və "Devrim-1"ə oturmasını xahiş etdi. Cemal Paşa bu maşınla "Anıtqəbir"ə getdi. Maşından enərkən isə bu sözləri dedi: "Qərb ağılı ilə maşın qayırdınız, ancaq Şərq ağlı ilə maşına yanacaq doldurmağı unutmusunuz".
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
15:50 14.08.2026
Futbol
Şənbə günü Abşeron çimərliklərində hava necə olacaq?
15:44 14.08.2026
Ekologiya
Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik
15:37 14.08.2026
Dünya