Yadplanetlilər haqqında gerçəklər
Yusif Nəzərli
20:24 03.11.2022
Relaks
3051
“Bizi qarışqa kimi görürlər”
Yer planetindən savayı başqa planetlərdə də həyat varmı? Kainatda başqa canlılar da yaşayırmı? Necədirlər, necə həyat tərzi keçirirlər, insan övladına bənzəyirlərmi?.. Bu suallar uzun illərdir alimləri də düşündürür, sadə insanları da. Yadplanetlilərlə bağlı elmi araşdırmalar da aparılır, qorxulu, gülməli və məzəli filmlər də çəkilir.
Lakin dəqiq məlumat hələ də əldə edilməyib. Alimlər son zamanlar yadplanetliləri qarışqalarla müqayisə etməyə başlayıb. Alimlər bu qənaətdədir ki, dünyamız xaricində var olma ehtimalı yüksək varlıqlar bəşər tarixindən daha da qədimdir.
“Şərq” “Milliyet.com”a istinadən bildirir ki, BBC tərəfindən yayımlanan “İlk təmas: Bir yadplanetli ilə qarşılaşmaq” adlı bəlgəsəldə həqiqətən də yadpalenitlilərin var olması halında nələr yaşana bilər, senarisi tərtib edilib. Bəlgəsəldə guya ki, yadplanetlilərdən siqnallar alındığı göstərilir. Senariyə görə, insanlarla əlaqə quran yadplanetlilərlə rabitə yaratmaq dünyada müxtəlif problemlərə səbəb ola bilər.
Astrofizik-professor Michael Garrett, bəlgəsəllə bağlı “orada xəyal belə etmədiyimiz baş verə bilər. Bu durum qarışqaların insanlarla əlaqə yarada bilməsinə bənzəyir, həm də çox. Biz – Yer planeti sakinlərinin yadplanetlilərlə müqayisədə qarışqalarla eyni durumda olma ehtimalımız daha böyükdür.
Günəş sisteminin yaşı 4.5 milyard ildir, dünyamızın yaşı isə 13,8 milyard ildir. Dünyamız xaricində bizdən qat-qat artıq qədim mədəniyyətlər mövcud ola bilər.
Bu nəhəng fərqi nəzərə aldıqda biz yadplanetlilərlə müqayisədə qarışqa kimiyik. Buna qarışqalarla insanlar arasındakı fərq kimi baxın. Biz insanlar qarışqaları saya belə salmırıq.
Eyni məntiqlə Yer üzünün insanları da hansısa başqa planetdə yaşayanların vecinə də deyil. Onlar da bizi, biz qarışqalara baxdığımız kimi görə və müşahidə edə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region