Yadplanetlilərlə niyə ünsiyyət qura bilmirik?- Alimdən maraqlı AÇIQLAMA
Yusif Nəzərli
05:37 19.11.2022
Relaks
1723
"Dünyamız xaricində başqa dünyalar, başqa varlıqlar da varmı", sualı tarixən bəşəriyyəti düşündürüb, bu mövzuda hətta bir sıra filmlər də çəkilib, sənədli filmlər ərsəyə gəlib, lakin bu suala hələ də dəqiq bir cavab tapılmayıb. Bu məsələ üzərində ən çox düşünən və real faktlar əldə etməyə çalışansa, təbii ki, alimlərdir. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, dünyada ən çox izlənən “Cosmos: A Spacetime Odyssey” adlı bəlgəsəlin səsləndiricisi, məşhur astrofizik Neil deGrasse Tyson yadplanetlilərlə ünsiyyət qura bilməməyimizlə bağlı 3 ehtimal irəli sürüb.
Astrofizik bildirir ki, kainatın yaşının 13.5-14 milyard il olduğu nəzərə alınarsa, yaşadığımız dünyadan kənarda başqa dünyaların, başqa varlıqların, fərqli mədəniyyətlərin olması da tamamilə ağlabatan görünür. Astrofizik qeyd edir ki, işığın sürəti saniyədə 300 min kilometrdir, digər hər hansı sürətin bu sürətə çatması mümkün deyil. Fizika elmi isə tam olmasa da, bu sürətə mümkün qədər yaxınlaşma ola biləcəyini istisna etmir. Lakin bu sürət kainatı, kosmosu tamamilə kəşf etməyə yetərli deyil. Hətta işıq sürətinin yüzdə on miqdarına sahib olsaq belə, fəzanı başdan ayağa dolaşmaq üçün milyonlarla il zaman lazım olacaq. Yadplanetlilər ildırım sürətinə malik ola bilər. İndiyədək bizim dünyamızı ziyarət etməmələrinin tək səbəbi isə bəlkə də bizim onları cəlb edəcək ağıla, dərrakəyə sahib olmamağımızdır. Astrofizikin fikrincə, dünyamız xaricindəki dünya super inkişaf mərhələsində, hazırda bizim sahib olduğumuz, yüksək zənn etdiyimiz texnologiyadan qat-qat yüksəyinə sahibdir bəlkə də. Astrofizik deyib ki, dünyamızdan kənardakı varlıqlarla ünsiyyət yarada bilməməyimizin bir səbəbi də onların bizə münasibətdə daha çox məşğul olması, işlərinin çoxluğudur. Bəlkə də müxtəlif varlıqlar, aləmlər arasında bir müharibə gedir. Bundan əvvəl “super-güclər arasında baş verən müharibələr”dən dəfələrlə danışılıb. Dünyamızdakı super-güclər kimi onlar da öz aralarında münaqişə vəziyyətində ola bilirlər, bu səbəbdən də bizimlə maraqlanmağa vaxtları yoxdur. Astrofizik xatırladır ki, bundan əvvəl BBC tərəfindən yayımlanan First Contact: An Alien Encounter (İlk təmas: Bir Uzaylı ilə Qarşılaşmaq) adlı bəlgəsəldə insanlığın dünya xaricində fərqli bir həyat olmasına dair dəlillər tapılması halında nələrin baş verə biləcəyi əks olunub. Bəlgəsəldə baş verə biləcək hal üçün mümkün senari də düşünülüb. Baş verə biləcək gözlənilməz hal zamanı Yer planetinin insanlarının yad planenetlilərlə ünsiyyət qurması qarışqaların insanlarla danışa bilməsi ilə müqayisə edilib: “Bu durum qarışqaların insanlarla təmas yaratmasına çalışmasına çox bənzəyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region