
Rusiya silahları Xəzərdəki suitilərin də axırına çıxdı - EKOLOQ
Yusif Nəzərli
23:02 13.01.2025
Ekologiya
696
Cəsədlərindən götürülən nümunələr analiz edildikdən, araşdırıldıqdan sonra ölümün əsl səbəbi bəlli olacaq
Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində aşkarlanan suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülüb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyevin verdiyi məlumata görə, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri cəsədlərdən nümunələr götürüb
: "Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək". Qeyd edək ki, ötən ilin sonunda Qazaxıstanın Mangistau vilayətində Xəzər dənizinin sahilində xeyli sayda ölü suiti qeydə alınmışdı. Son bir həftədə sahilboyu monitorinqlər zamanı 289 baş heyvanın öldüyü aşkar edilmişdi.

Ekoloq Telman Zeynalov qeyd edib ki, suitilərin ölümünün səbəbləri müxtəlif ola bilər. O, “Sherg.az”a açıqlamasında qeyd edib ki, Xəzərdə suitilərin sayı sürətlə azalmaqdadır. Bildirilir ki, Xəzər dənizindəki ekoloji şərait suitilər üçün qənaətbəxş deyil. Xəzər suitisi endemik yırtıcı məməlidir. Onlar ancaq kilkə balıqları ilə qidalanırlar, bu balıqların sayı isə əvvəlki illərlə müqayisədə azalıb:
“Təbii ki, Rusiyanın Ukraynaya Xəzərdən atdığı raketlərin dənizin canlı aləminə, fauna və florasına mənfi təsirləri var. Silahların tərkibində kimyəvi maddələr mövcuddur. O da ola bilər ki, Rusiya həmin ərazilərdə silah istehsal edir, avadanlıqların da zəhərli suyu Xəzər dənizinə axıdılır. Bu isə suitilərin və balıqların ölümünə səbəb olur. Güman edirəm ki, suiti cəsədlərindən götürülən nümunələr analiz edildikdən, araşdırıldıqdan sonra ölümün səbəbi bəlli olacaq. Lakin ilkin səbəblərdən biri çirkab sularıdır. Heyvanlar suya atılan plastik, çirkli maddələrin təsirindən ölürlər. Eyni zamanda yataqlarda seysmik kəşfiyyat işləri aparılan zaman dərin qatlarda partlayışlar olur. Onun radiusu partlayıcı maddənin təsirindən asılı olaraq 3-5 kilometrə çatdıqda, bütün canlılar məhv olur. Bir ehtimal isə dəniz canlılarında tez-tez rastlanan infeksion xəstəliklər ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya