
Mütəxəssis xəbərdarlıq edir: Uşağınızı heç vaxt tərifləməyin!
Yusif Nəzərli
18:09 15.02.2025
Cəmiyyət
553
Uşaqlıqda qazanılan özünə inam fərdin sosial həyatına böyük təsir göstərə bilər. Ancaq uşaq psixoloqu Bekki Kennedinin fikrincə, övladlarına özünə hörmət aşılamağı qarşısına məqsəd qoyan valideynlərin diqqət etməli olduğu vacib bir məqam var.
Mütəxəssis psixoloqlar qeyd ediblər ki, uğurlu uşaq böyütmək istəyən valideynlər övladlarına “yaxşı iş” deməkdən çəkinməlidirlər.
Sherg.az xəbər verir ki, Becky Kennedy, bu iltifatın uzun müddətdə bəzi mənfi təsirləri ola biləcəyini söyləyir və valideynlərin bu tip səthi rəylər yerinə daha dərin ifadələr işlətmələri lazım olduğunu bildirir.

Psixoterapevt Lesley Koeppel də boş təriflərin uşaqların özünü əhəmiyyətsiz hiss etməsinə səbəb ola biləcəyinə diqqət çəkir.
Koeppel deyir: "Uşaqların güclü tərəfləri, zövqləri və ya qərar vermə prosesləri ilə həqiqətən maraqlandığınızı göstərən şeylər söyləmək daha təsirli olur".
Mütəxəssis tövsiyə edir ki, valideynlər uşaqlara dəyərli olduqlarını hiss etdirmək üçün gündəlik təcrübələrə əsaslanan suallar versinlər. Məsələn, "Günün ən yaxşı anı hansı idi?" Belə bir sual uşağın özünə inamını düzgün şəkildə artıra bilər.
Araşdırmalar həmçinin göstərir ki, “yaxşı oğlan” və ya “yaxşı qız” kimi ifadələr səthi təriflərdir və uşaqlara qalıcı təsir göstərmir. Mütəxəssislər valideynlərə övladlarının səylərini təfərrüatı ilə tərifləməyi tövsiyə edirlər.
Özünə inamın xarici təsdiqdən əvvəl daxili hiss olaraq formalaşmasına diqqət çəkən Becky Kennedy, valideynlərin başqalarından tərif gözləmədən əvvəl uşaqlarına özləri ilə fəxr etməyi öyrətmələri lazım olduğunu söyləyir.
Kennedi, özünə inamı olmayan uşaqların böyüdükdə narahatlıq və depressiya kimi emosional çətinliklərlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya