Ağ Ev: ABŞ-Rusiya danışıqları Ukraynada sülhə doğru möhtəşəm addımdır

 Ər-Riyaddakı ABŞ-Rusiya danışıqları Ukraynada sülhə doğru ilk, lakin möhtəşəm  addım idi. Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt "Fox News" telekanalında bildirib.

Sherg.az  TASS-a istinadən xəbər verir ki, Karolin Levitt bildirib ki, bu, Rusiya və Ukrayna arasındakı münaqişədə sülhə doğru həqiqətən möhtəşəm bir addımdır.  Ağ Evin mətbuat katibi qeyd edib ki, Amerika administrasiyası "bütün tərəflərin fikirlərini eşitməyə" çalışaraq Ukrayna rəhbərliyi, eləcə də avropalı müttəfiqləri ilə əlaqə saxlayır. 

“Sazişi razılaşdırmaq və problemi həll etmək üçün hər iki münaqişə tərəfi ilə danışmaq lazımdır. Bu, sülhə doğru atılan mühüm ilk addımdır" deyə Ağ Evin mətbuat katibi vurğulayıb.

Eyni zamanda, Leavitt ABŞ-ın əvvəlki administrasiyasının- Co Baydenin Ukrayna böhranına yanaşmasını tənqid edib. “Əvvəlki administrasiya bu istiqamətdə heç bir danışıqlar, heç bir müzakirə aparmayıb və heç bir diplomatik səy göstərməyib”, o vurğulayıb.