
Ağ Amerika kəpənəyi artıq hər tərəfə yayılıb - Ekoloq
02:44 28.10.2025
Ekologiya
464
Quşlar köç etmirsə, fəlakət yaranır
Ənvər Əliyev: “Ağ Amerika tırtılları ölkəmizdə həmişə olub, amma artım səbəbləri ciddi narahatlıq doğurur”
Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri davam edir. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb. Bildirilir ki, bitkilər üçün zərərli olan orqanizmin ləğv edilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən bir çox mübarizə tədbirlərindən istifadə olunur. Amerika ağ kəpənəyinin Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmadan bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri tətbiq edilir.
Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir. Qeyd edilib ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, son günlərdə paytaxtın bəzi ərazilərində əsas etibarilə tut ağaclarını qurd basması halları müşahidə olunur. Ağaclarda toplanan qurdlar, həyətlərə, yaşayış binalarına, yol kənarlarına da çıxır. Bu da öz növbəsində sakinləri narahat edir. Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keçirilib və müəyyən edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır. Bu kəpənək 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və s. növlərə zərər verir. Abşeronda aparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalanması müəyyən olunub. Onu qeyd edək ki, sözügedən həşəratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Lütfi Zadə küçəsində həyətləri tırtılların basması görüntüləri sosial şəbəkələrdə yayılmışdı. Eyni mənzərənin paytaxtın Sabunçu rayonunda da müşahidə edildiyini sakinlər bildirirdi. Sakinlərin sözlərinə görə, qurdlar ağaclara, yaşıllıqlara zərər verir, həyətdəki avadanlıqların üzərində gəzişir, hətta mənzillərə də daxil olurlar. Sabunçu sakinlərindən biri qurdların tut ağacından həyətlərə yayıldığını bildirirdi.

Ekoloq Ənvər Əliyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, Ağ Amerika kəpənəyi – tırtıllar həmişə ölkəmizdə olub. Bu, kənardan, hansısa ölkədən “idxal” olunası bir şey deyil:
- Tırtıllar həmişə olub, olur. Sadəcə, bunu yaradan səbəblər var və o səbəblər aradan qaldırılmalı, tırtılların çoxalıb yayılmasının qarşısı alınmalıdır. Tırtıllar o zaman geniş yayılmağa başlayır, nə zaman ki əlverişli şərait yaranır. Əlverişli şərait dedikdə, onların çoxalmasına mane ola biləcək təbii şəraitin aradan qalxmasıdır. Məsələn, elə quşlar var ki, tırtıllarla qidalanırlar. Amma son illərdə təbiət o qədər dəyişib, iqlim dəyişmələri baş verib. Hətta məlumatlara görə, bəzi köçəri quşlar köç edə bilmir artıq. Ekosistemdə hər şey bir-birilə zəncirvari bağlıdır. Quşlar köç etmirsə, təbii artım baş vermir, quşların qidalandığı digər canlılar, həşəratlar çoxalır, quşlarla qidalanan canlılar da aclıq çəkir, tələf olur. Ekosistem vahid orqanizmdir. Necə ki insanda, tutalım, böyrək çatışmazlığı digər xəstəliklərin yaranmasına səbəb olur, təbiət də belədir. Bir halqasında boşluq, dəyişiklik yaranırsa, digər halqaya da mənfi təsir edir. Ölkəyə gətirilən ağac, kol, çiçəklərlə birlikdə də yayıla bilər bu tırtıllar. Müxtəlif toxumların tərkibində də ola bilər. Burada ya təbii üsulla, ya da kimyəvi üsulla mübarizə aparılmalıdır. Təbii üsulla bunun qarşısını almaq çətindir. Təbiət özünü yeniləməsə, çətin olacaq. Amma kimyəvi üsulla mümkündür. Ərazilər dərmanlanmalıdır, ağaclara vaxtlı-vaxtında qulluq göstərilməlidir. Yaşıllıqlar dezinfeksiya edilməlidir. Elə etmək lazımdır ki, müxtəlif zərərvericilər yaşıllıqları məhv etməsin. Təsəvvür edin, görün, neçə müddətdir ağaclara qulluq edilməyib, dərmanlanmayıblar, tırtıllar bu qədər artıb, çoxalıb, hər tərəfə yayılıb. Hər mövsümdə görüləsi cari işlər var, hansılar ki mütləq icra edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya