Martın 2-dən bəri İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2618-ə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İsrail hücumlarında ölənlərin sayı 2618 nəfərə, yaralananların sayı isə 8094 nəfərə çatıb.
Hücumlarda 16 xəstəxananın zərər gördüyü və ölənlərdən 103-nün səhiyyə işçisi olduğu bildirilib.
Livan hökuməti həmçinin bu dövrdə ölkədəki məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.
Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəs daha üç həftə uzadılıb.