
Düzgün yaş dövrünü gözləmək lazımdır
Yusif Nəzərli
05:40 22.02.2022
Aktual
1050
Qız uşaqlarının qulağını 5 yaşınadək deşdirmək doğru deyil
Bəzən valideynlər yeni doğulan qız uşaqlarının qulağına sırğa taxmaq üçün körpəlikdən iynə və qulaqdeşən tapança ilə sırğanın yerini açaraq yara sağalana kimi sap və ya sırğa taxırlar.

Lakin təəssüf ki, onlar erkən yaşda qulaqdeşmənin uşaqların səhhətində fəsadlar yarada biləcəyini nəzərə almırlar.
"Şərq" xəbər verir ki, həkim-pediatr Günay Rəsulovanın dediyinə görə, bunun üçün düzgün yaş dövrünü gözləmək lazımdır: “Ən azı 5 yaşınadək uşaqlarda belə hərəkətlərə yol vermək həm körpə üçün travma, həm də qulaqda yerli infeksiyalaşma riskini artırır.
Bundan başqa sırğaların körpələr tərəfindən çıxarılıb yeyilməsi, udulması, boğulması və başqa təhlükəli hadisələr qeydə alınır. Qulaq deşilməsi prosesi yalnız xəstəxana şəraitində və bütün sterilliyə riayət olunmaqla aparılmalıdır.
Bundan başqa körpələrin qulağına taxılan sırğaların dartılıb qulağı zədələmə ehtimalını nəzərə alaraq onun ölçüsünə də fikir vermək lazımdır”.
Həkim-pediatr qeyd edib ki, taxılan aksesuarların materialları da körpələrdə allergik reaksiyalar yarada bilər: “Qulaq deşdirən zaman sinirlərin zədələnməməsinə çalışmaq lazımdır. Əsasən gözəllik salonlarında aparılan həmin proses mütləq həkim nəzarəti ilə edilməlidir.
Valideyn özü iynə ilə evdə uşağın qulağını deşmək istəyəndə qanaxmaya yol verə bilər, yaxud infeksiyalaşma nəticəsində qulaq yarasına və ya dəri xəstəliyi yaranmasına səbəb olması mümkündür”.
Nəzərə almaq lazımdır ki, körpələrin qulaqlarındakı yumşaq toxumanı deşərək sırğa taxmaq uşağın gələcəkdə qulaq formasının dəyişməsinə də aparıb çıxara bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual