“İcra başçılarının məktəblərə təzyiqi açıq-aşkar haldır”
Yusif Nəzərli
10:37 20.07.2022
Cəmiyyət
757
Xəbər verdiyimiz kimi, Lənkəran İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Artıq fakt təsdiqlənib. Baş Prokurorluqda bununla bağlı cinayət işi başlanılıb.
Şagirdi döyməkdə ittiham olunan məktəb direktoru və İcra Hakimiyyəti başçısının müavini vəzifələrindən azad olunublar.
Hadisədən sonra İcra hakimiyyətlərinin məktəblərə müdaxiləsinə dair iddialar irəli sürülüb. Bildirilir ki, icra başçıları direktorların və müəllimlərin təyinatına, həmçinin məktəblərin daxili işinə müdaxilə edirlər.
Müəllimlərin və direktorların təyinatının rəsmi qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçirildiyini deyən təhsil eksperti Nadir İsrafilov "Sherg.az"a bildirib ki, bəzi bölgələrdəki icra başçılarının məktəblərə təzyiqi açıq-aşkar haldır:
"Məktəblərdə müəllimin şagirdə zorakılıq tədbiq etməsinə və ya direktorun bu hallara göz yummasına tez-tez rast gəlinir.İcra başçısının müavinin isə direktorun iştirakı ilə belə bor iş görməsi qaranlıq məsələdir. Bu kimi hadisələr təhsilimizə baş ucalığı gətirmir.
Düzdür, məsələyə Təhsil Nazirliyi öz münasibətini bildirib. Lakin bu kimi hallara operativ qiymət vermək lazımdır.
Adiyyəti qurumlar hadisənin üstündən 3-4 gün keçdikdən sonra məlumat verib. Belə bir olay zamanı operativliyin qorunmaması zamanı məsələyə cürbəcür şərhlər verilir və daha çox içtimailəşir.
Təklif edirəm ki, belə məsələlərin şişirdilməməsi və müəyyən istiqamətlərə yozulmaması üçün rəsmi qaydada operativ qiymət verilsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət