Görkəmli bəstəkar Fikrət Əmirovun məzarı ziyarət olunub
Yusif Nəzərli
08:19 22.11.2022
Mədəniyyət
824
Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə Fəxri xiyabanda məzarı ziyarət olunub.
"Report" xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bəstəkarın məzarı üzərinə tər güllər qoyulub, xatirəsi yad edilib.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, Azərbaycan milli mədəniyyətinin parlaq simalarından biri, nəhəng və çox yaddaqalan, böyük izlər qoyan Fikrət Əmirov xatirələrdə daim yaşayır: "Onun əsərləri qəlbimizə yol açır. Fikrət Əmirovun ailədə gördüyü milli musiqiyə münasibət bu sənətə necə vurgun olduğunun göstəricisi idi. Onun milli musiqiyə söykənən əsərləri, dünyanın bir çox tanınmış konsert salonlarında səsləndirilir".
Xatırladaq ki, F.Əmirov 1922-ci ilin bu günündə Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb.
F.Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm