Ölkədə vahid bir sistem olmalıdır
Yusif Nəzərli
05:24 22.02.2023
Cəmiyyət
638
3D xəritəsinin yaradılması, fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsi daha məntiqlidir
“Kim necə istəsə, elə də 3D xəritə yaradır”. Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Ekspertin sözlərinə görə, ölkədə bir neçə qurum Azərbaycanın müxtəlif sahələri, dövlət əmlakı, enerji və nəqliyyat infrastrukturu, yaşayış və torpaq sahələri üzrə 3D xəritələrini hazırlayıb: “Ölkəmizdə bu işləri görənlərin hamısı da xarici şirkətlərdi. Halbuki Azərbaycanın 3D xəritəsi əvvəllər Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən də hazırlanırdı.
Ayrı-ayrı dövlət qurumlarının da öz fəaliyyət sahələri üzrə belə layihələrinin olması haqqında zaman-zaman məlumatlar açıqlanır. Yəni ölkədə reallıq ondan ibarətdir ki, müxtəlif infrastruktur və ya dövlət əmlakı sahəsi ilə bağlı müxtəlif qurumlar da 3D xəritələrin hazırlanması üzərində işlər aparırlar. Hər qurumun ayrı-ayrı xarici şirkətlərə özlərinin xəritəsini hazırlatmağındansa, özümüz vahid, normal bir 3D yaradıb ondan istifadə etsək, daha doğru olar. Hesab edirəm ki, Azərbaycanın bütün sahələri üzrə 3D xəritəsinin işlənməsi və tətbiqi olduqca vacib və əhəmiyyətlidir.
İnfrastrukturun planlanması və qiymətləndirilməsi, öncədən təhlillərin aparılması və düzgün qərarların qəbulu, çeviklik və effektivlik, həmçinin şəffaflıq baxımından, bütövlükdə rəqəmsal transformasiya baxımından bu tip texnologiyaların faydası çoxdur.
Düşünürəm ki, aidiyyəti qurumlar, ƏMDX, RİNN bu cür pərakəndəliyə diqqət yetirməlidir. Öncə ölkədə vahid bir 3D xəritəsinin yaradılması, fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsi daha məntiqli olardı. Fikrimcə, indiki yanaşma qüsurludur. Hərənin əlinə bir lazer skaneri alıb, hansısa bir avtomobilin üstünə bağlayıb, yollarda o baş-bu başa sürüb skan edərək 3D xəritələr formalaşdırması doğru deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya