
Sahibə Qafarova - Simonyan görüşü: Danışıqlar intensivləşir - RƏY
07:55 23.03.2024
Siyasət
716
Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub. Görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi barədə məsələlər nəzərdən keçirilib. Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Azərbaycan və Ermənistanın parlament sədrləri Sahibə Qafarova ilə Alen Simonyanın Cenevrədə görüşməsi son aylarda iki ölkə arasındakı danışıqlarda artan müsbət dinamikanın tərkib hissəsidir.

Ekspertin fikrincə, bu görüşün ideya müəllifləri doğru qərar veriblər:
"İki ölkənin lideri, xarici işlər nazirləri, baş nazirlərin müavinləri görüşüb, müxtəlif mövzuları müzakirə edirlərsə, parlament sədrlərinin də sülh danışıqlarına qoşulması əhəmiyyətlidir. Çünki sülh və ya çərçivə sazişi imzalanaqca həmin sənəd parlamentlərdə müzakirə olunub ratifikasiya ediləcək. Baş nazir Nikol Paşinyan və onun komandası rəsmi Bakı ilə ilkin razılığa gəlməyi sürətləndirmək istəyirsə, bu Azərbaycan üçün də faydalıdır. Bu arada, Türkiyənin Ermənistanla münasibətlər üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın İrəvana səfəri xəbərinin təsdiqi olunması da ümumi işin xeyrinədir. Sərdar Kılıç İrəvanda görüş təklifini Antalya Diplomatiya Forumunda Türkiyə ilə danışıqlarda Ermənistanı təmsil edən Ruben Rubinyana bildirmişdi. Ruben Rubenyan cavab üçün vaxt istəmişdi. Nikol Paşinyan görüşün İrəvanda keçirilməsinə müsbət yanaşıb".
Analitikə görə, İrəvan həm Bakı, həm də Ankara ilə danışıqları intensivləşdirib:
"Bu doğru qərardır. Başqa dövlətlərin əmrlərini yerinə yetirmək əvəzinə məsələləri yerində müzakirə edib, həll etməyə çalışmaq İrəvan üçün ən münasib yoldur. Azərbaycan və Türkiyə Cənubi Qafqazda sülhün və regional əməkdaşlığın başlanmasını səbirsizliklə gözləyən ikİ ölkədir. Ankara Ermənistan siyasətini Bakı ilə koordinasiya edir. Böyük ehtimalla Bakı da Ermənistan siyasətini və görüşlərin mahiyyətini müttəfiqi Ankara ilə koordinasiya edir. Bu mənada Bakı-Ankara ittifaqının anti-Azərbaycan, anti-türk mərkəzlərin Cənubi Qafqazla bağlı planlarını pozması əhəmiyyətlidir. Əsas hədəflərdən biri sülh və ya çərçivə sazişi vasitəsilə Ermənistanı Azərbaycan və Türkiyənin maraqlarına zidd siyasətdən uzaqlaşdırmaqdır. Ankara və Bakı bölgəni qarışdırmaq istəyən güclərdən bir addım öndə olmalı və İrəvanı danışıqlar prosesinin içində tutmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət