"Zəfər yolu"nda elektron tərəzi quraşdırılır
09:17 04.11.2024
Cəmiyyət
463
"Zəfər yolu" adlanan Füzuli–Şuşa avtomobil yolunda elektron tərəzinin quraşdırılması işlərinə başlanılıb.
Sherg.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük daşıımaları departamentinin rəhbəri Sübhan Əbilov Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə təşkil edilmiş mediaturda deyib.
"Qaradağda yolun hər iki istiqamətində quraşdırılan elektron tərəzilər vasitəsilə son 10 gün ərzində hər iki istiqamətdə 75 000 yük nəqliyyat vasitəsinin keçidi qeydə alınıb və onların içərisində qayda pozuntusu törədənlər barəsində məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin İnformasiya Sisteminə ötürülüb", - S. Əbilov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması layihəsinin 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.
O qeyd edib ki, Azərbaycanda Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda 3 yerdə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 1 yerdə elektron tərəzilərin quraşdırılması işləri tamamlanıb:
"Bu günədək ölkədə 6 elektron tərəzi quraşdırılılıb, ümumilikdə isə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual