
Şokolad trendi müəllimin reputasiyasına zərər verir: Onların əl açması başqa mənalara yozuldu
11:46 16.12.2024
Sosial
526
Yeni trenddən geri qalmayan azərbaycanlı meyxanaçılar görüntüləri ilə gündəm olublar.
BAKU.WS ə xəbər verir ki, Pərviz Bülbülə, Vüqar Əbdülov, Bala Əli Rzayev və Ruslan Müşfiqabadlı son zamanların məşhur trendinə qoşulublar.
Onlar bir arada olduqları məclisdə Vüqar Əbdülova çoxlu şokolad veriblər.
Meyxanaçıların bu videosu sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə müəllimə şokolad vermək trendi ilə bağlı çoxsaylı videolar yayılıb.
İstər orta məktəblərdə, istərsə də, universitetlərdə təhsil alanlar müəllimdən əvvəlcə əllərini açmasını xahiş edir. Müəllim əlini açdıqda isə şagird və tələbələr şokolad gətirib verirlər.
Bu trend artıq son günlərdə kütləvi şəkildə tətbiq edilir.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, bunu etməklə, müəllimlərin cəmiyyətdə qınağa tuş gəlmələrinə səbəb oldular:

“Onsuz da müəllimlərin haqqında danışan, onları müzakirəyə çıxaran, tənqid edən çox insan var. Cəmiyyətdə bütün hallarda müəllim günahkar kimi qələmə verilir. Bu da o vəziyyətə duz bibər olmuş kimi verildi. Əslində müəllimlərin zəhmətinin heç bir şeylə əvəzi yoxdur. Hansı formada onların əziyyətini, dəyərini qaytarmaq istəsək də, bu, mümkün deyil. Çünki bizim üzərimizdə əvəzsiz zəhmətləri var. Heç bir şey ilə zəhmətin dəyərini geri qaytarmaq mümkün deyil. Əgər uşaqlar belə bir trend başladıblarsa, və öz sevgilərini, müəllimə göstərirlərsə burada pis bir məqam yoxdur. Sadəcə bunu çəkib paylaşmaq, trend halına gətirmək bir az qıcıq doğurur. Çünki müəllimin əl açması başqa formalara və başqa mənalara yozuldu. Düşünürəmki, hörmətlərini göstərmək istəyirlərsə, etsinlər. Amma bunu kütləviləşdirib paylaşmaqla müəllimin reputasiyasına zərər verirlər. Ümumiyyətlə bu, tələbələrin sevgisinin göstəricisidir. Burada pis məna və pis bir fikir yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət