Kobaxidze Zurabişviliyə xəbərdarlıq etdi - "Əks halda..."
Yusif Nəzərli
11:49 22.12.2024
Gündəm
302
“Salome Zurabişvili dekabrın 29-da vəzifəsini tərk etməli olacaq. Baxaq görək o, həyatını harada - dəmir barmaqlıqlar arxasında, yoxsa azadlıqda davam etdirəcək. Hesab edirəm ki, onun Cinayət Məcəlləsinin normalarını pozmamaq üçün kifayət qədər ağlı olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, S.Zurabişvilinin postunda artıq bir həftəsi belə qalmayıb. “O, bu həftə ərzində heç nə edə bilməyəcək, baxmayaraq ki, bəzi avropalı siyasətçilər və məmurlar deyirlər ki, dekabrın 29-dək çox şey baş verə bilər. Amma sizi əmin edirəm ki, xüsusi heç nə baş verməyəcək”, - o deyib.
İ.Kobaxidze bildirib ki, 72 yaşlı qadını kimsə həbsxanaya göndərmək istəməz. “Təsəvvür edək ki, o, iqamətgahını tərk etmir. Bu cinayət əməli olacaq. Düşünürəm ki, onun kifayət qədər ağlı olacaq ki, Cinayət Məcəlləsini pozmasın və ya başqasının onu pozmasına səbəb olmasın. Belə ki, bu cinayət əməlinə görə uzun illər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub”, - hökumət başçısı söyləyib.
Qeyd edək ki, S.Zurabişvili səlahiyyət müddəti başa çatandan sonra vəzifəsindən getməyəcəyini açıqlayıb. O, özünü Gürcüstanda yeganə legitim dövlət institutu hesab edir.
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya