
Fransa kimi imperialist ölkələr regionda münaqişələrin bitməsini istəmirlər -Analitik
09:11 17.03.2025
Cənubi Qafqaz
459
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə olunub. Hər iki ölkə sənədin mətninin razılaşdırıldığını bildirir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən gün Ermənistanın sülh müqaviləsi mətnində razılaşdırılmamış iki maddə ilə bağlı Bakının tələblərini qəbul etdiyini açıqlayıb.
Dünəndən başlayaq müxtəlif ölkələrin liderləri Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması xəbərinə münasibət bildirir, bunu alqışlayan bəyanatlar yayımlayırlar.
Avropa İttifaqı Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Saziş layihəsi üzrə danışıqların başa çatması ilə bağlı Ermənistan və Azərbaycanın müvafiq bəyanatlarını alqışlayıb.
Fransa Prezidenti Emmanuel Makron da Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb. Fransa lideri "X" sosial şəbəkə hesabında paylaşım edib. "Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşdırılması barədə elanı alqışlayıram. Artıq Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan sülh sazişinin imzalanmasına heç nə mane olmur", - o qeyd edib.
Siyasi ekspert Sona Əliyeva isə “Sherg.az”a açıqlamasında deyib ki, Fransa başda olmaqla bir sıra Qərb ölkələrinin Azərbaycana qarşı iki standartlarla əhatə edilmiş mövqeləri artıq bizi təəccübləndirmir:

“Əslində Fransa kimi imperialist ölkələr Güney Qafqazda münaqişələrin bitməsini istəmirlər. Onu yenidən alovlandırmağa çalışırlar. Elə Ermənistanın silahlandırılması da bu məqsədi daşıyır. Düşünürəm ki, Ermənistanla Azərbaycan arasında yekun sülh sazişi gələn ilin yayına qədər imzalanacaq. Çünki Ermənistan mövcud konstitusiyaya dəyişikliklər etməlidir. Bunun üçün işğalçı ölkədə referendum keçirilməlidir. İndiki məqamda bu Fransanın və bir sıra Qərb ölkələrinin maraqlarına uyğun deyil. Onlar münaqişənin natamam həllini istəyir. Buna görə də yarımçıq və "quru" bəyanatlar verirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm
İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
16:38 25.08.2026
Gündəm
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq
Qadın ürəyini anlamaq üçün kişi ürəyi kifayət etmir
14:12 25.08.2026
Sağlamlıq
Evdə ağcaqanadlardan xilas olmağın sadə yolu
14:03 25.08.2026
Sağlamlıq
Parlament sədri: Köçəryan və digərlərindən bir-bir qisas alacağıq
13:56 25.08.2026
Gündəm