
Elçin Alıoğlu: Bundan sonra əsla türkçülükdən danışmasınlar
Yusif Nəzərli
01:36 17.04.2025
Gündəm
641
“Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan pula aldandılar”
Qazaxıstan, Türkmənistan və Özbəkistanın Kiprin yunan tərəfi ilə diplomatik münasibətləri gücləndirməsi son günlər ən çox müzakirə olunan məsələlərdəndir. Kiprin yunan idarəçiliyi altında olan Cənubi hissəsi ilə diplomatik münasibətlərin qurulması və bu ölkəyə səfir göndərilməsi Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələri arasında 4 aprel 2025-ci ildə Səmərqənddə keçirilmiş zirvə görüşündən öncə baş verib. Zirvə görüşü Avropa İttifaqı ilə Orta Asiya ölkələri arasında iqtisadi və strateji münasibətlərin dərinləşdirilməsi məqsədi daşıyırdı. Qazaxıstan bu istiqamətdə ilk rəsmi addımı atan ölkə olub, 2025-ci ilin yanvarında Kipr ilə qarşılıqlı səfir təyinatını həyata keçirib. Özbəkistan isə artıq 1997-ci ildən diplomatik münasibətdə olduğu Kiprə ilk dəfə rəsmi səfir təyin edib. Türkmənistan da martın 31-də İtaliyadakı səfirini Kiprə akkreditə edib. Səmərqənd Zirvəsində qəbul edilən birgə bəyanatda tərəflər beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət ediləcəyini təsdiqləyib. Qeyd edək ki, Şimali Kipr Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvüdür. 2024-cü ildə Şimali Kipr Prezidenti Ersin Tatar Bişkekdəki TDT Zirvəsinə fəxri qonaq kimi qatılıb. O, Bakıda keçirilən tədbirlərdə də iştirak edib.
Siyasi şərhçi Elçin Alıoğlu "Sherg.az"a deyib ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş "Avropa İttifaqı-Mərkəzi Asiya" zirvə toplantısında Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan pula aldandılar. Ekspert bildirib ki, bu ölkələr Avropa İttifaqının vəd etdiyi 12,3 milyard avroya Turan, türkçülük, türk dövlətləri birliyi ideyalarını satdılar:

"4 ölkəyə 12, 3 milyard avro. Və hələ bu məbləğin tam veriləcəyi çox böyük şübhə altındadır. Dəydimi bu pula belə xəyanət, ey Turandan, boz qurddan, türk xalqlarından gen-bol danışmağı sevən Aşqabad, Daşkənd, Astana və Bişkək? Türkiyə 30 ildir ki, Şimali Türk Kipr Respublikası ilə bağlı sizə təzyiqlər etmədi, tanımağınızı israrla istəmədi. Çünki problemlərizi bilir və müşküllərinizin sayını artırmaq istəmirdi. Amma siz nə etdiniz? Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın sammitdə yunan Kiprinin ərazi bütünlüyünün və sərhəd toxunulmazlığının "tanındığını, şərt olduğunu" bəyan etmələri, əslində, Türkiyəni işğalçı adlandırmalarıdır. Budur həmin "tanınma"nın mahiyyətlərindən biri. Bundan belə mənim üçün Qazaxıstan, Özbəkistan, Qırğıxıstan və Türkmənistanda Turan, Boz Qurd, türkçülük və s. ilə bağlı filmlər, kliplər, mahnılar, forumlar, tədbirlər sadəcə söz yığınıdır. Boğazdan yuxarı olan kəlmələr, saxtakarlıqdır. Azərbaycan kimi dik və iradəli duruş sərgiləyə bilmədiniz, qardaşlarınızı pula satdınız. Özü də çox kiçik məbləğə... Bu ölkələrin siyasətçilərindən istəyim odur ki, bundan sonra əsla türkçülükdən danışmasınlar. O kəlmələri urvatdan salmasınlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş” son 10 ilin ən yaxşı göstəricisinə imza atıb
18:50 10.11.2026
Futbol
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region