
Susmaq heç də qızıl deyilmiş - Mütəxəssis xəbərdarlıq edir
16:15 05.11.2025
Sağlamlıq
508
Bəzi insanlar duyğularını ifadə etmək əvəzinə danışmamağı üstün tuturlar. Bu isə onlara psixoloji cəhətdən özlərini daha güvənli hiss etdirməyə səbəb olur. Bəs, susmağın ruh sağlamlığına təsirləri nələrdir?
Sherg.az xəbər verir ki, klinik psixoloq, psixoterapevt Dr. Yasemin Meriç Kazdal bu barədə ntv.com.tr oxucuları üçün yazıb.

“Susmalıyam… Danışsam hər şeyi korlayaram. Bilmirəm. Qoy bitsin, keçsin.”
Tanış səslənir? Həyatın bəzi anlarında danışmaq əvəzinə susmağı seçirik. Susuruq, danışmırıq. Bəs, niyə susuruq?
Susmaq əslində çox dərin bir davranışdır. İnsan uzun müddət susduqda, artıq sustuğunun fərqinə də varmaya bilər, bu hal onun üçün adi bir vəziyyətə çevrilər.
Bəzən susmaq, fərdin şüuraltında özünü qoruma üsulu olur. İnsan bəzən anlaya bilmədiyi və ya necə ifadə edəcəyini bilmədiyi bir vəziyyəti dərhal danışmaq əvəzinə, onu mənalandırana qədər içində saxlayır. Bəzən də illərlə danışdığı, dinlənildiyi, amma eşidilmədiyi və başa düşülmədiyi hissinə qapılaraq susmağı seçir.
Susmaq, müəyyən hallarda fərd üçün müdafiə mexanizmi rolunu oynayır. Bu, onun öz sərhədlərini qoruması, duyğularını dərk etməsi və düşüncələrini toparlaması üçün təhlükəsiz bir sahə yaratması kimi izah oluna bilər.
Lakin ümidsizlik və yorğunluq nəticəsində susmaq fərqli məna daşıyır. Bu halda insan məyusluq, dəyərsizlik, şok və ya tükənmişlik hissləri ilə susmağı seçə bilər. Uzunmüddətli susma isə insanın daxilə qapanmasına, tənhalaşmasına, nəticədə depressiya, təşviş (anksiyete) kimi psixoloji pozuntuların yaranmasına səbəb ola bilər.
Belə insanlar tez-tez “Danışsam da heç nə dəyişməyəcək”, “Məni heç kim eşitmir” kimi mənfi inanclar formalaşdıraraq öz dəyərlərini itirə bilərlər.
Uzun müddət susmaq insanın ruh sağlamlığına ciddi mənfi təsir göstərə və patoloji nəticələr doğura bilər. Məsələn:
Xroniki depressiya
Yayılmış təşviş pozuntusu (anksiyete)
Travmadan sonra artan simptomlar
Psixosomatik xəstəliklər (yəni, stressin bədənə vurduğu təsirlər)
Asılılıqlar (spirt, siqaret, narkotik və s.)
Bilişsel və fiziki funksiyalarda zəifləmə
Duyğu və düşüncə qarışıqlığı
Qəzəb partlayışları
Bunlara əlavə olaraq, tam ümidsizliyə qapılan fərd inanc və güvən hissini itirərək intiharı bir çıxış yolu kimi görə bilər.
Nə edə bilərik?
Belə hallarda ən vacib məqamlardan biri sosial dəstək və həmrəylikdir. Etibarlı bir mühitdə psixoloq və ya psixoterapevtdən yardım almaq mühüm başlanğıcdır. Lakin yalnız terapiya otağında deyil, həm də dost və ailə mühitində sosial dəstəyin davam etdirilməsi insanın utanc, qorxu, qəzəb kimi çətin duyğularını təhlükəsiz şəkildə yaşamasına, zamanla etibar, sevgi və inam hissini bərpa etməsinə kömək edir.
Unutmayaq:
Biz çarəsiz deyilik.
Uzun müddət susmayaq. İçimizdə sıxılan duyğuları danışaraq, yazaraq, çəkərək, rəngləyərək, rəqs edərək, musiqi ilə ifadə edək.
İfadə edək ki, bir-birimizi anlaya bilək, bir-birimizin əllərini tuta bilək.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət