Ağlımızdan keçən fikirləri oxuyan cihaz icad edildi
Yusif Nəzərli
00:53 15.01.2025
Sağlamlıq
526
Ağlımızdan keçənləri oxuya bilən süni intellektlə çalışan aksesuar-cihaz icad olundu. Adı OMİ-dir. İstehsalçı olan Based Hardware şirkəti bir qrup süni intellektin imkanlarını araşdıran amerikalı iş adamları tərəfindən yaradılıb.
OMİ-ni aksesuar kimi boyundan asmaq və ya tibbi yapışqanla beyin nahiyəsinə taxmaq olar. Quraşdırıldıqdan sonra o, fikirləri oxuyur və səsli demədən istifadəçilərin tapşçırıqlarını yerinə yetirir. O, həmçinin ətrafdakı söhbətləri eşidə bilir, insanların kimliyini müəyyən edir. Bu cihazın xüsusilə yaddaş zəifliyi olan insanlara köməkçi olacağı bildirilir.
Omi işə başlamazdan əvvəl istifadəçilərin smartfonlarına qoşulur. Daha sonra onlar danışmadan, düşünərək cihaza əmr edir.
İstehsalçılardan biri olan Nik Şevçenko X-da yazdığı posda bildirib ki, onların məqsədi zehni tamamilə oxumaqdır. “Bu fantastik və iddialı səslənsə də, gələcəkdə insanların nə düşündüyünü bilmək ən böyük məqsədimizdir”, deyə OMİ istehsalçısı açıqlayıb.
Komanda cihazın ilk versiyanı 2025-ci ilin ikinci rübündə satışa çıxaracaq. Omi-nin qiyməti 152 manatdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib - FOTO
21:34 25.07.2026
İdman
Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib
20:58 25.07.2026
Dünya
İsrail 70 fələstinlini saxladı - Səbəb
20:27 25.07.2026
Dünya
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya