BİZ ONun köləsiyik
21:29 23.06.2021
Sağlamlıq
9415
Enerji içkiləri sinir sistemini pozur, ürəyi yorur
18 yaşa qədər uşaqlara bu içkinin qəbulu ümumiyyətlə tövsiyə olunmur
Xüsusilə orta məktəblərdə və bufetlərdə dövlət vəziyyəti tam nəzarətdə saxlamalıdır
Enerji içkiləri bazarında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən enerji içkiləri bazarında haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə araşdırmalar davam edir.
Araşdırmaların ilkin nəticələrinə görə, “Avrora” MMC tərəfindən istehsal olunan “BİZON energy” alkoqolsuz içkilərinin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərinin istifadə olunması istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə enerji içkilərinin mənfi təsirlərindən danışıb. O qeyd edib ki, bu içkilər insan orqanizminin mərkəzi sinir sisteminə mənfi təsir göstərir:
"Energetik içkilər mərkəzi sinir sisteminin stimulyasiya edən antisedativ effekt göstərən içkilərə deyilir. Bunlar xüsusi məqsədlərlə hazırlanır. Bu içkilər onu qəbul edən şəxslərin sinir sistemini oyaq saxlamaq məqsədilə istehsal olunub. Həmin içkilərin tərkibinə mərkəzi sinir sistemini oyadan və bədəni tonuslandıran maddələr daxil edilib. Məsələn, stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. onun tərkibinə qatılır.
Bu kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir. Energetik içkilərin tərkibinə daxil olan bir sıra maddələr var ki, onlar insan orqanizmi üçün təhlükəsizdir. Lakin onların qazlaşdırma səviyyəsi yüksək olduğuna görə bəzi hallarda onların ziyanı da olur. Hesab edirlər ki, bu içkiləri qəbul edənlərin iş qabiliyyəti artır və orqanizmin daxili resursları səfərbər olur. Sanki orqanizmə əlavə güc verir".
A.Qeybulla əlavə edib ki, nəzərə almaq lazımdır ki, bu içkilərin mütəmadi qəbul edilməsi çox ziyandır:
"Çünki enerji içkiləri sinir sisteminin stimulyatorlarını qıcıqlandırır və ürəyi yorur. Hesab edirəm ki, bu içkilərə aludə olmaq qəti düzgün deyil. 18 yaşa qədər uşaqlara isə bu içkilərin qəbul edilməsi tövsiyə olunmamalıdır. Xüsusilə orta məktəblərdə və bufetlərdə uşaqlara bu içkilərin satışı qadağan olunmalıdır. Fikrimcə, dövlət tərəfindən daim bu içkilərə nəzarət edilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual