Bu gün ən çox yayılan ürək-damar xəstəlikləridir - PROFESSOR
10:53 24.04.2025
Sağlamlıq
442
"Randevu sistemi düzgün qurulmalıdır ki, xəstələr ədalətli və effektiv şəkildə icbari tibbi sığortadan istifadə edə bilsinlər”
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin ilk rübü (yanvar-mart) ərzində ümumilikdə 5 milyon 753 min 877 müraciət qeydə alınıb. TƏBİB-dən verilən məlumata görə, müraciətlərdən 125 min 461-i stasionar, 5 milyon 628 min 416-sı isə ambulator olub.
Məlumata əsasən, yanvar-mart aylarında göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub.
Belə ki, sözügedən müddət ərzində 20 milyon 119 min 326 (2 814 424 stasionar, 17 304 902 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2024-cü illə müqayisədə isə 7 faiz artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk rüb ərzində 8 milyon 463 min 233 sayda laborator müayinələr aparılıb ki, onların da 1 milyon 347 min 413-u stasionar, 7 milyon 115 min 820-si ambulator olub.
Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 9 faiz artım qeydə alınıb.
Yanvar-mart ayları ərzində 83 min 90 cərrahi əməliyyat və prosedur (78 min 281 stasionar, 4 809 ambulator olmaqla) icra olunub.
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, icbari tibbi sığortanın geniş əhatə edilməsinə baxmayaraq, həm xəstəlik, həm də müəyyən problemlər hələ də qalmaqdadır:
“Əvvəlcədən növbəli sistem düzgün qurulmadığına görə bu problemlər qalır. Digər tərəfdən isə ayrı-ayrı tətbiq olunan sahələr üzrə müəyyən avadanlıqların çatışmaması kimi müəyyən problemlər yaşanır. Bu, ilk təcrübədir və hesab edirəm ki, insanlar da bu işə kömək etməli və sayıq olmalıdırlar. Bəzən təəssüflər olsun ki, xəstələrin etimadından sui istifadə halları baş verir. Bunlara da diqqət etmək lazımdır. Düşünürəm ki, icbari tibbi sığortanın effektiv çalışması üçün aktiv vətəndaş mövqeyi çox önəmli rol oynayır. Bu gün ürək-damar xəstəlikləri dünyanın hər yerində olduğu kimi bizim ölkədə də mövcuddur. Bu cür xəstələrin müraciətləri çoxdur. Ürək-damar əməliyyatları bahalı əməliyyatlardır və geniş şəkildə Azərbaycanda həyata keçirilir. Mürəkkəb əməliyyatların hər biri bu gün pulsuz edilir və bu işlərin effektiv alınması üçün bütün resurslar istər özəl, istərsə də dövlət sektorunda mobilizə olunmalıdır. Bu baxımdan da randevu sistemi düzgün qurulmalıdır ki, xəstələr ədalətli və effektiv şəkildə icbari tibbi sığortadan istifadə edə bilsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm