
Dərman bazarı: keyfiyyət yox, qiymət baha... – Şəfa deyil, dərd verir
Yusif Nəzərli
12:18 17.11.2021
Sağlamlıq
994
“Qida da yaxşı vəziyyətdə deyil. Bundan ziyan çəkən insanları sağaltmağa yönəlmiş dərmanlar da keyfiyyət baxımından qənaətbəxş hesab olunmur”
“Təəssüf ki, Səhiyyə Nazirliyinin analitik ekspertiza mərkəzi daim “partizan” kimi susur”
“Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında qanun yoxdur.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun köhnəlib, dəyişdirilməlidir”
Milli Məclisin komitələrinin ötən həftə baş tutan iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dərman bazarından danışıb. O qeyd edib ki, bir sıra ölkələrlə müqayisədə respublikamızda dərmanların qiyməti çox bahadır. Deputat həmçinin diqqətə çatdırıb ki, ölkəmizdə onkoloji xəstələrin müalicəsi üçün lazım olan preparatlar yoxdur:
“Onkoloji xəstəliklərin müalicəsi üçün ən müasir aparatlar gətirilib. Amma dərmanlarla bağlı problemlər var. Lazımlı dərman preparatları olmadan onkoloji xəstələri müalicə etmək çətindir. Ola bilər ki, kimlərsə o dərmanları gətirir, lakin bunu görmürük”,

Dərmanların keyfiyyəti və baha olması barədə fikirlərini “Sherg.az”a dəyərləndirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, ölkədə istehlakçı siyasəti yox dərəcəsindədir:
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub. Daha sonra qanunda dəyişikliklər aparılıb, zəiflədilib. İstehlakçı hüquqlarını qoruyan qanun zəif olduqda, eləcə də onu yerinə yetirən dövlət orqanları işləməyəndə, əlbəttə, bazarda, o cümlədən də dərman bazarında bu cür vəziyyət yaranır. Dərmana olan böyük tələbatın şahidi oluruq. Tələb çox olan yerdə keyfiyyət həmişə aşağı düşür. Həmçinin qiymət qalxır”.
E.Hüseynovun sözlərinə görə, Azərbaycan dünyada aptek şəbəkələri həddindən artıq çox olan ölkələrdən biridir:
“Ölkəmizdəki aptek şəbəkələri Avropa ölkələrinə nisbətən təxminən 20 dəfə çoxdur. Bu yaxınlarda Gəncədə 300 metrlik küçədə çoxsaylı aptek saydım. Eyni zamanda Bakıda da məlum mənzərə ilə qarşılaşırıq. Klinikalara, apteklərə giriş üçün insanlar növbədə dayanır. Deməli qida da yaxşı vəziyyətdə deyil. Bundan ziyan çəkən insanları sağaltmağa yönəlmiş dərmanlar da keyfiyyət baxımından qənaətbəxş hesab olunmur. Mənbəyinin haradan gəldiyi bilinməyən dərmanları Azərbaycan istehlakçılarına verirlər. Təəssüf ki, Səhiyyə Nazirliyinin analitik ekspertiza mərkəzi daim “partizan” kimi susur. Vaxtlı-vaxtında ətraflı məlumatlar vermir. Məsələnin kökünü qanunlarda axtarmaq lazımdır. Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında qanun yoxdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun köhnəlib, dəyişdirilməlidir”.
E.Hüseynov Milli Məclisdə deyilənlərlə razı olduğunu diqqətə çatdırıb:
“Əfsuslar olsun ki, bəzi qanunlar Milli Məclisdə “yorğan altında” qəbul olunur. Məsələn, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun layihəsi heç bir ictimai müzakirə aparılmadan təqdim olunub. Dəfələrlə istəmişəm ki, layihəyə baxım, amma göstərməyiblər. Bu kimi analoji amillər vəziyyətə mənfi təsir göstərir. Nəticədə keyfiyyətsiz mallar və xidmətlər meydana çıxır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya