
Ginekoloq: Doğuş zamanı ana ölümlərinin səbəbləri müxtəlifdir
09:25 23.04.2025
Sağlamlıq
418
Aprelin 23-də saat 00:05 radələrində 1989-cu il təvəllüdlü şəxs 40 həftə 3 gün hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Bu barədə APA-nın cənub bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Məlumata görə, zəruri tibbi müayinələr aparılıb, doğuşun konservativ-gözləyici taktika ilə aparılması qərara alınıb. Saat 03:00 radələrində hamilənin səhhətində qəfləti pisləşmə müşahidə olunub və aparılan zəruri reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:26-da ölüm faktı qeydə alınıb.
Hazırda ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılır.
Cərrah-ginekoloq Fəxranə Hüseynzadə Sherg.az-a bildirib ki, doğuş zamanı ölüm halları nadir də olsa mümkündür:

“Səhiyyə sistemi inkişaf etdikcə ana ölümlərində azalmalar var. Ümumiyyətlə ana ölümlərinin səbəbləri müxtəlifdir. Məsələn, bölgələrdə əsasən keysəriyyə zamanı qanama nəzarəti doğru aparılmadığı halda ölüm halları baş verə bilər. Həmçinin əməliyyat sonrası qanamalar ola bilər ki, bu da normal bir haldır. Digər tərəfdən ana ölümləri kompleksion doğru hesablanmadıqda, personal çatışmazlığı və ya personalların düzgün dərs almaması ilə bağlı da ola bilər. Təbii doğuş zamanı qanama olur və biz buna atania deyirik. Bunu səbəbi uşaqlığın yığılmamasıdır. Bu zaman məcbur çalışırıq ki, uşaqlığa dərmanlar, masaj və ilkin yardımla köməklik edək".
Həkim əlavə edib ki, ölüm halları hamilənin öncədən olan xəstəliklərinə, ürək probleminə, qan laxtalanmasındakı pozğunluqlarla da bağlı ola bilər:
"Əvvəlki keysəriyyədən sonra çapığın yırtılması vaxtından əvvəl doğuş əmələ gətirir və xəstə xəstəxanaya yetişə bilmir. Bu zaman əvvəlki çapığın yeri partladığı üçün ana və dölün ölümü baş verir. Bölgələrdə səhiyyə sistemində, strukturda və işçilərdə çatışmazlıqlar var. Problemi olmayan normal hamilələr belə doqquz ay ərzində 5-6 dəfə ginekoloq müayinəsindən keçməlidirlər. Onu artıq həkim olaraq özümüz hamilələrə deyirik. Çox vaxt problemi olan hamilələrə müayinə üçün gün təyin edirik və onlar vaxtında getmədiyi üçün problemlər yaşanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm