Lazer üzünü yandırdı
Yusif Nəzərli
08:20 30.11.2021
Sağlamlıq
1426
Kosmetoloqa həbs cəzası tələb olunur
Xanımlar son illərdə lazer epilyasiya ilə yamanca “dostlaşıb”. Diqqət edin, lazer üz dərisini yandırıb bərbad hala sala da bilər. Antalyada yaşayan 43 yaşlı Aslı İlhanın başına (daha doğrusu üzünə) belə bir hadisə gəlib. Aslı 1 il əvvəl lazer epilyasiyası üçün gözəllik salonlarından birinə gedib. Amma əməliyyat uğursuz olub və Aslının üz dərisində 2-ci dərəcəli yanıqlar əmələ gəlməsinə səbəb olub. Üz dərisi yanan A.İlhan gözəllik salonu və kosmetoloqdan şikayətçi olaraq məhkəməyə müraciət edib. Məhkəmə gözəllik salonunun sahibi A.A-nın 3 min 360 TL məbləğində cərimələyib. A.İlhan isə kosmetoloqun həbs cəzası almasını istəyib və məhkəmənin qərarına etiraz edib.
A.İlhan “üzümün yanması, 1 ildir çəkdiyim acılar, ağrıların müqabilində 3 min TL nədir ki?!” deyərək məhkəmənin qərarından şikayət edəcəyini söyləyib. Aslının üzünün yanmasının həm də ilginc hekayəsi var. Qadın gözəllik salonunun reklamını sosial mediada görüb. Üz dərisinin dartılması üçün ora müraciət edib. İkinci seans zamanı kosmetoloq mobil telefonla sevgilisiylə danışırmış, sonra mübahisə etməyə başlayıblar, lazer aparatı yaddan çıxıb, Aslı üzündə istiliyin getdikcə artdığını hiss edib. Kosmetoloq bir də ayılıb ki, qadının üzü yanıb.
A.İlhan daha sonra yanıqların müalicəsi üçün başqa bir gözəllik mərkəzinə müraciət edib. Amma bu dəfə də üz dərisini müalicə etməyiblər, əksinə, daha da betər hala salıblar.
A.İlhan hər iki gözəllik mərkəzindən ödədiyi pulları geri almaq istədikdə onu təhdid etməyə başlayıblar. Buna görə də o, məhkəməyə müraciət edib. Lakin məhkəmənin məlum qərarı ilə razı deyil: “Üzümün dərisi yanıb. Xeyli xərcə düşmüşəm. Üstəlik hələ də psixoloji sıxıntılar yaşayıram. Bunların əvəzi yalnız təzminat ödənməsi olmamalıdır. Həbs cəzası da tələb edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə