Ölümcül virus mütləq olacaq
06:44 26.05.2021
Sağlamlıq
577
Adil Qeybulla: "Bu, elmi bir proqnozdur və mütləq baş verəcək"
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus dünyada yeni ölümcül virusun yarana biləcəyini proqnozlaşdırıb. Bunu ÜST rəhbəri 74-cü Ümumdünya Səhiyyə Assambleyasının iclasında deyib. O bildirib ki, dünya sonuncu dəfə pandemiya təhlükəsi ilə üzləşmir: "Təkamül qiymətləndirmələrinə əsasən, yeni virus əmələ gələcək və indikindən daha yoluxucu və daha ölümcül olacaq". T.A.Gebreyesus bildirib ki, pandemiya dövründə dünyada 115 mindən çox səhiyyə işçisi vəfat edib. ÜST rəhbəri koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi üçün sentyabradək dünya əhalisinin 15 faizini, ilin sonunadək 30 faizi peyvəndləməyə çağırıb.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ümumiyyətlə, yaxın gələcəkdə yeni ölümcül virusun yarana biləcəyi proqnozu qaçılmazdır. Professor qeyd edib ki, gələcəkdə insanlar yeni sürprizlərlə üz-üzə qala bilər: "Təbii ki, bu, dünyanın qabaqcıl elmi tədqiqat mərkəzlərinin verdiyi proqnozdur.
Dünya Səhiyyə Təşkilatı da bunun əsasında ümumiləşdirici qərar qəbul edib. Yəni dünyanın insan sağlamlığını Yer kürəsində təhdid edən on amildən biri qarşıdan gələn qrip pandemiyasıdır. Bu nə vaxtsa olacaq, bir il sonra, on il sonra. Bunu demək çətindir, amma mütləq olacaq.
Bəli, bu, elmi bir proqnozdur və mütləq baş verəcək. Bu baxımdan da biz gələcəkdə yeni sürprizlərlə üz-üzə qala bilərik. Həmişə diqqətli, ehtiyatlı olmalıyıq. Dünya elminə virusologiya, mikrobiologiya, biotexnologiya və s. kimi bu sahələrə kapital qoyuluşları artırılmalıdır ki, anında baş verdikdə operativ qərarlar verilə bilsin. Həmçinin lazımi alqoritmlər qəbul edilərək, yeni vasitələr hazırlansın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi