Pasportların yalnız vaksin olunanlara verilməsi düzgün deyil
07:02 27.05.2021
Sağlamlıq
618
"Kimdə immunitet varsa, onlar yoxlanılmalı və həmin şəxslərə də verilməlidir"
Toyların keçirilməsi ilə bağlı hələ format müəyyənləşməyib
İki doza vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq.
Bunların hər hansı birinə malik olanlar idman-sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara da tətbiqi nəzərdə tutulur. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. Prezidentin köməkçisi bildirib ki, burada söhbət konsert, kinoteatr, toylar, digər şənliklərdən gedir: “Bunun nə zaman tətbiq olunacağı barədə məlumat veriləcək”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında bildirib ki, bütün vaksin vurulanlarda birmənalı immunitet formalaşmır. Professor hesab edir ki, məhz bu səbəbdən də hər bir kəsin antikor testi olunması daha məqsədəuyğundur:
"Öncə qeyd edim ki, vaksin olunan şəxslərin heç də hamısında immunitet formalaşmır. İstər xəstəlik keçirənlərə, istərsə də vaksin vurulanlara müəyyən zamandan sonra antikor testi keçirilməlidir. Yəni təyin olunmalıdır ki, həmin şəxslərdə immunitet yaranıb, yoxsa yaranmayıb. Buna əmin olunduqdan sonra onlara immunaziya sənədinin verilməsi daha məqsədəuyğundur. Fikrimcə, immunaziya pasportunun başdan-başa yalnız vaksin olunanlara verilməsi düzgün deyil. Yəni kimdə immunitet varsa, onlar yoxlanılmalı və həmin şəxslərə də verilməlidir. Bunun toylara tətbiqi məsələsinə gəlincə, bilirik ki, hələlik toyların qapalı və ya açıq havada keçirilməsi formatı müəyyənləşdirilməyib. Hesab edirəm ki, verilən qərarlardan sonra bu barədə müəyyən fikir yürütmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi