Peyvənddən sonra kola, fanta, spirtli və energetik içkilər olmaz
21:35 21.06.2021
Sağlamlıq
587
"İlk növbədə, çoxlu meyvə-tərəvəz və zülallı qidalar - yumurta, balıq, toyuq əti və qırmızı ət qəbul etmək lazımdır"
Dünyanı öz ağuşuna alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə davam edir. Artıq bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Yeri gəlmişkən, vaksinasiyadan əvvəl və sonra, həmçinin sonrakı günlərdə qida rasionu - qidalanma rejimi mütəxəssislər tərəfindən müzakirə olunan məsələlərdən biridir. İsti yay gününü nəzərə alsaq, insanlar istilikdən sonra dərhal qazlı içkilərə üstünlük verirlər. Bəs vaksinasiyadan sonra qazlı içkilər içilməlidirmi?
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Musa Qəniyev “Şərq”ə açıqlamasında bildirib ki, insan orqanizmi hər zaman immun sistemini möhkəmləndirən zülal və vitaminlərlə zəngin olmalıdır:
”Vaksinasiyadan sonra energetik içkilərin içilməsini qəti məsləhət görmürəm. Kola, fanta və spirtli içkilər isə ilk və ikinci dozadan sonrakı ilk 3 gün sadəcə olaraq, tövsiyə olunmur. İlk növbədə, çoxlu meyvə-tərəvəz və zülallı qidalar - yumurta, balıq, toyuq əti və qırmızı ət qəbul etmək lazımdır”.
Həkim-pulmonoloq Nərminə Rəfiyeva isə qeyd edib ki, vaksinasiya vurulduqdan sonra orqanizmdə vitamin balansını, xüsusilə də D vitaminini qorumaq çox böyük əhəmiyyət daşıyır:
“Vaksinasiyaya hazırlaşanlarda xüsusi növ allergiya və yüksək hərarət yoxdursa, COVID-19-un aktiv dövrü deyilsə, rahat şəkildə peyvənd oluna bilərlər. COVID-19-a yoluxub sağalanlar orqanizmdə D vitamininin miqdarını yüksək səviyyədə saxlamağa çalışmalıdırlar, çünki ilin bu fəsli günəşli günlərin sayı az olduğuna görə onu xaricdən qəbul etməlidirlər.
Həmin vitaminlər həm də antioksidantlardır. Sink və D vitamini koronavirus zamanı müqavimətin artırılması üçün vacib elementlər hesab olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual