
Professor: Sağlamlığa diqqət doğulduğun andan başlanmalıdır
08:59 12.05.2025
Sağlamlıq
409
55 yaşdan yuxarı şəxslərdə hüceyrə zədələnməsi və sağlamlığın zəifləməsi başlayır, bununla əlaqədar iltihabi proseslər güclənir.
Bunu ABŞ-li diyetoloq və qida biokimyaçısı Kristofer Rods "Wellness Pulse"a verdiyi müsahibəsində bildirib.
Həkim qeyd edib ki, xroniki iltihab orqanizm üçün zəruri olan kəskin iltihabdan fərqlənir.
"Yaşlandıqca immun sistemimiz orqanizmə doğma və yad elementləri daha pis ayırd edir. Bu, orqanizmin infeksiyalarla mübarizə qabiliyyətini azaldır və digər hüceyrələrin işinə mane olan iltihab molekullarının həddindən artıq istehsalına səbəb olur", - deyə alim izah edib.
Aparılan araşdırmaların nəticələrinə görə, orqanizmdə iltihab proseslərinin güclənməsi əsasən 55 yaşdan sonra başlayır. Lakin dəqiq göstərici insandan insana dəyişir.
Professor Adil Qeybulla Sherg.az-a açıqlamasında deyib ki, əslində anadan olandan sağlamlığa diqqət etmək lazımdır:

“Uşaqlar müəyyən yaşa çatana qədər bu haqda real təsəvvürləri olmur. Onlara valideynlər qayğı göstərməlidirlər. Uşaq öz orqanizmini tam dərk edir, təhsil alır, müəyyən səviyyə artıq gəlib çatıqdan sonra isə öz sağlamlığı haqqında düşünməlidirlər. Sağlamlığı erkən vaxtdan qorumaq lazımdır. Bu mənada resurslar nə qədər çox qorunsa, normal qidalanma, aktiv hərəkət olsa, o qədər də insanların yaşam şərtləri normallaşar. Azərbaycanda genetik faktorlarla bağlı ciddi problemlər qalmaqdadır. Digər tərəfdən ekoloji faktorlar da var. Ona görə də yalnız deyilənlərə əməl etməklə problemsiz və keyfiyyətli yaşamaq olar. Ümumiyyuətlə siqaret çəkən adam erkən yaşdan öz orqanizmi zəhərləyir. Amma 60 yaşda siqaret çəkməyi davam etdirirsə, orqanizm resursları azaldığı üçün bu daha çox özünü göstərir. Ona görə də adətən gənc vaxtı çox adam bu xəbərdarlıqlara məhəl qoymayaraq, siqaret çəkirlər. Mən düşünürəm ki, sağlamlığa diqqət doğulduğun andan başlanmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya