Yarasalar yenə virus yayır: Yeni növ koronavirus aşkarlandı
Yusif Nəzərli
00:15 18.03.2025
Sağlamlıq
500
Alimlər Braziliyada yarasalarda “MERS-CoV (Yaxın Şərq Tənəffüs Sindromu Koronavirusu)” ilə oxşar xüsusiyyətlərə malik yeni növ koronavirus aşkar edib.
“Sherg.az” “Milliyet.com.tr”yə əsasən bildirir ki, braziliyalı tədqiqatçılar, Honq-Konq Universitetindən həmkarları ilə əməkdaşlıq edərək, 16 müxtəlif yarasa növündən 423 ağız və rektal tampon nümunəsini araşdırıblar. Araşdırmada Braziliyanın şimal-şərqindəki Fortaleza şəhərindən gətirilən yarasalardan götürülmüş tampon nümunələrində yeni növ koronavirus aşkar edilib. Qeyd olunub ki, yeni aşkar edilən virus insanlar və dəvələrdə olan “MERS-CoV” ştammlarına bənzəyir, lakin onun insanlar üçün riskləri hələ müəyyən edilməyib. Bildirilib ki, yeni koronavirusun gen ardıcıllığı təxminən 72 faiz “MERS-CoV” genomuna, onun ev sahibi hüceyrələrə bağlanmaq üçün istifadə etdiyi zülal isə “MERS-CoV” genomuna 71,74 faiz oxşardır. Yarasaların yeni yaranan viruslar üçün su anbarı olduğu və koronavirusların xalq sağlamlığı üçün yaratdığı riskləri müəyyən etmək üçün onların daim nəzarətdə saxlanılmasının vacibliyi vurğulanıb. Alimlər yeni virusun insanlar üçün yaratdığı riskləri müəyyən etmək üçün Honq-Konqdakı yüksək təhlükəsizlik laboratoriyalarında daha çox təcrübə keçirməyi planlaşdırır. Araşdırma "Journal of Medical Virology" (JMV) jurnalında dərc olunub. "MERS-CoV" ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında aşkar edilib və o vaxtdan bəri iyirmidən çox ölkədə aşkarlanıb. Dəvələrdən qaynaqlandığı güman edilən yoluxucu respirator xəstəlik növü olan "MERS-CoV" 850-dən çox insanın ölümünə səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya
ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ
16:27 14.07.2026
Dünya
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
16:20 14.07.2026
Mədəniyyət
Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb - FOTO
16:16 14.07.2026
Qarabağ
Tramp Lindsi Qremin bacısının senator təyin edilməsinə nail olub
16:10 14.07.2026
Dünya