10 erməni hərbçiyə qarşı bütün ərazilərin mina xəritəsi - Bakı qazanan tərəfdir
10:44 05.12.2021
Siyasət
934
"Bakı və İrəvan arasında növbəti “barter” baş tutdu. 10 erməniyə qarşı azad edilmiş digər ərazilərin mina xəritələri alındı".
Bu barədə "Sherg.az"a siyasi şərhçi Asif Nərimanlı deyib.
Ekspert bildirib ki, bundan öncə üç rayonun – Ağdam, Füzuli və Zəngilanın mina xəritələri verilib:
"Bakı rəsmi şəkildə bəyan edib ki, verilən mina xəritələrinin 25 faizi doğrudur və bundan sonra tələb minalanmış ərazilərin yox, minaların basdırıldığı yerlərin xəritərinin verilməsi şəkilində qoyuldu. Ermənistanın bu tələbi yerinə yetirdiyi və indi verdiyi xəritələrin tam dəqiqliyi yenə də şübhəli olaraq qalır. Bu “barter”də ilk qazanan tərəf Rusiyadır. Soçi görüşünün “humanitar razılaşmasını” icra etdi. Avropa İttifaqının Brüssel görüşündə humanitar məsələ üzərindən vasitəçilik etmək imkanını azaldır. Mina xəritələrinin tam dəqiqliyi istisna olsa da, Bakı qazanan tərəfdir. Birincisi, antiterror əməliyyatında saxlanılan və məhkəmə qarşısında çıxarılan erməniləri yox, 16 noyabrda sərhəddə saxlanılan erməniləri verdi. Bununla Qarabağda baş verənlərin “daxili məsələmiz” olduğu mövqeyindən geri çəkilmədi. İkincisi, sərhəddə saxlanılan 10 erməni hərbçiyə qarşı bütün ərazilərin mina xəritələrini əldə etdi. Üçüncüsü, Ermənistanın Brüssel görüşünün gündəmini formalaşdırmaq imkanını azaltdı".
Analitik istisna etmir ki, İrəvan Bakını “əsir” məsələsində ittiham edəcək:
"Bakı buna qarşı görüş öncəsi “barteri” göstərə, məhkəmə qarşısına çıxarılan ermənilərin Azərbaycan ərazisində saxlanıldığı və Qarabağın Azərbaycan ərazisi olduğu reallığını irəli sürə biləcək. Bu “barter”də ən mühüm məqam bütün ərazilərin mina xəritələrinin verilməsi və “mina xəritəsi” mövzusunun müəyyən mənada aradan çıxmasıdır. Ermənistan Bakıda həbsdə olan ermənilərin qaytarılması məsələsindən əl çəkməyəcək. Və bu, Bakıya əlindəki “kart”dan daha səmərəli istifadə etmək, dəqiq olmayan xəritələrdən daha çox şey qazanmaq imkanı verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət